İBRAHİMBƏYOV Rüstәm Mәmmәdibrahim oğlu (5.2.1939, Bakı – 11.3.2022, Moskva; Bakıda dәfn edilmişdir) – Azәrb. yazıçısı, dramaturq, ssenarist. Azәrb. Resp. xalq yazıçısı (1998). SSRİ Dövlәt mükafatı laureatı (1981). Azәrb. SSR Dövlәt mükafatı laureatı
(1980). Azәrb. Resp. әmәkdar incәsәnәt xadimi (1977), RF Dövlәt mükafatı laureatı (1993, 1996, 1998, 2000). RF Əmәkdar incәsәnәt xadimi (1994). M.İbrahim bәyovun qardaşıdır. Azәrb. Neft vә Kimya İn-tunu bitirmişdir (1962). Moskvada Ali ssenari (1967) vә rejissor kurslarının (1974) müdavimi olmuşdur. “Mürәbbәsiz çörәk” adlı ilk hekayәsi 1962 ildә “Molodyoj Azerbaydjana” qәzetindә dәrc edilmişdir. Yaradıcılığında müasirlәrinin daxili alәminin, mәnәvi keyfiyyәtlәrinin tәsviri әsas yer tutur. “Ezamiyyәtdә vә evdә” (1970), ”Bir cәnub şәhәrindә” (1972), “Unudulmuş avqust” (1974), “Park” (1982), “Günәş kәlәfi” (1996) vә s. povest vә hekayә kitabları, “Köçәri” (2006) romanı var. “Yaşıl qapı arxasındakı qadın” (1973), “Şirә oxşayan” (1974), “Öz yolu ilә” (1975), “Qum sallıqda ev” (1977), “İstintaq” (1978) vә s. pyeslәri Azәrb.-da, hәmçinin bir çox xarici ölkәdә tamaşaya qoyulmuşdur. “Azәrbaycanfilm”dә, hәmçinin MDB ölkәlәrinin müxtәlif kinostudiyalarında çәkilmiş otuzdan çox filmin ssenari müәllifidir: “Çekist haqqında povest” (1969), “Sәhranın bәyaz günәşi” (1970, rej., V.İ.Yejovla birgә), “O vaxt mәn yox dedim” (1974, rej. P.Arsenov), “Ad günü” (1977, rej. R.Ocaqov), “Sibir bәrbәri” (1998, rej. N.Mixalkov) vә s. Ssenari müәllifi olduğu “Günәşdәn usanmışlar” (1994, rej. N.Mixalkov) filmi “Oskar” mükafatına layiq görülmüşdür. Azәrb. Kinematoqrafçılar İttifaqının katibi (1967–81), birinci katibi (1981–2003) vә sәdri (2003–13) işlәmişdir. 2004 ildәn Ümum rusiya Dövlәt Kinematoqrafiya İntunun prof.-u idi. Əsәrlәri bir sıra xarici dilә tәrcümә olunmuşdur. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir.

Ə s ә r l ә r i: В этом южном городе. М., 1972; Прикосновение. Пьесы. М., 1977. Избранное. М., 1984; Seçilmiş әsәrlәri. 2 cilddә. B., 1989; Солнечное сплетение. Б.,1996.










