İBRAHİMLİ Fәzail Feyruz oğlu (d.12.4.1951, Yardımlı r-nunun Çanaqbulaq k.) – Azәrb. tarixçisi, tarix e.d. (1998), prof. (2004). Azәrb. Dövlәt Pedaqoji İn-tunun tarix fakültәsini bitirmişdir (1973). 1982 ildәn Azәrb. Dövlәt Un-tinin (indiki BDU) kafedralarında müәllim işlәmiş, 2000 ildәn Azәrb. tarixi kafedrasının prof.-udur. 70-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiya, bir neçә kitab vә dәrs vәsaitinin müәllifidir. Azәrb. Resp. Milli Mәclisinin (2–7-ci çağırış) deputatı, Milli Mәclisin Hüquq siyasәti vә dövlәt quruculuğu komitәsinin üzvüdür. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir (2021).
Ə s ә r i: Azәrbaycan kәndindә sosial-siyasi proseslәr (1920–1930). B., 2001.










