İBRAHİMLİ Hikmәt İsfәndiyar oğlu (d.21.4.1964, Şәmkir r-nunun Könüllü k.) – Azәrb. tibb alimi, stomatoloq. Tibb e.d. (2012). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1986). 1986–99 illәrdә Gәncә ş. Mәrkәzi Stomatoloji Poliklinikasında, 2000–08 illәrdә Bakı ş.-ndә hәkim-stomatoloq, 2008–18 illәrdә Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun ictimai sağlamlıq vә sәhiyyәnin tәşkili kafedrasında baş müәllim, eyni zamanda 2009–13 illәrdә in-tun tәdris hissәsinin müdiri olmuş, 2018 ildәn Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә in-tunun sәhiyyәnin tәşkili vә menecment kafedrasının müdiridir. Tәdqi qatları, әsasәn, Azәrb. Resp.-da stomatoloji yardımın tәşkili mәsәlәlәrinә hәsr edilmişdir. 80-dәn artıq elmi mәqalәnin, 3 dәrsliyin müәllifidir.
Ə s ә r i: Azәrbaycan Respublikasında stomatoloji yardım (bu günü vә gәlәcәyi). B., 2008.










