İBRAHİMLİ Şakir Firuz oğlu (d.31.8. 1954, Yardımlı r-nunun Çanax bulaq k.) –Azәrb. cәrrahı. Tibb e.d. (1992), prof. (1996). Azәrb. Dövlәt Tibb İn-tini bitirmişdir (1977). Rusiyanın Tula vilayәtindә (1978–81), Ukraynanın Xarkov ş.-indә (1981–95) işlәmişdir. 1995 ildәn Azәrb. Tibb Un-dә (1996–2015 illәrdә Pediatriya fakültәsinin Cәrrahi xәstәliklәr kafedrasında prof., 2015 ildәn III Cәrrahi xәstәliklәr kafedrasında prof.) işlәyir. 140-a yaxın elmi әsәrin, 16 müәlliflik şәhadәtnamәsinin vә sәmәrәlәşdirici tәklifin müәllifidir. Tәdqiqatları, әsasәn, bağırsaqların müxtәlif anomaliyalarının, xora xәstәliyinin klinika sı, diaqnostikası vә müalicәsi üsullarına hәsr olunmuşdur.
Ə s ә r i: Комплексная диагностика в неотложной абдоминальной хирургии. Киев, 1991 (В.М.Даценко ilә birlikdә).










