İBRAHİMOV Ağәli Müsәllim oğlu (d.6. 2.1946, Bakı) – Azәrb. rәs samı. Azәrb. Resp. xalq rәssamı (2006), әmәkdar incәsәnәt xadimi (2002), prof. (2014). Azәrb. Rәssamlar İttifaqının katibidir (1987 ildәn). Ə.Əzimzadә ad. Azәrb. Dövlәt Rәssamlıq Mәktәbini (1966), Azәrb. Dövlәt İncәsәnәt İn-tunu (1974) bitirmişdir. Əsasәn, realistfәlsәfi janrda çalışan İ.-un tablolarında plastik forma vә rәnglәrin emosional tәsir gücünü artıran özünәmәxsus bәdii tәfәkkür, mifoloji tәsәvvürlәrlә müasir boyakarlıq axtarışlarının harmoniyası qabarıq tәrzdә әksini tapmışdır: “Stravinskinin musiqisi” (1968), “Sona bülbüllәr”(1972), “Qoç döyüşü” (1973), “Qarabağ çobanları” (1973), “Toy” (1981), “Novruz bayramı” (1984), “Arzu ağacı” (1990–93 illәr), “Sonun başlanğıcı” (2001), “Çağırış” (2011), “Soyqırımı” (2012) vә s. 2011 ildә Bakıda fәrdi sәrgisi keçirilmişdir. Əsәrlәri hәmçinin Türkiyә, Fransa, Almaniya, İtaliya, B.Britaniya vә s. ölkәlәrdә keçirilәn sәrgilәrdә nümayiş olunmuşdur. “Mәhәbbәtin hökmü” (1998), “Sifarişçi” (2000), “Sonuncu dәrviş” (2009) vә s. filmlәrin rәssamıdır.











