İBRAHİMOV Alimcan Girfanoviç (12.3.1887, indiki Başq.Resp., Aurqazi r-nunun Sultanmurad k. – 21.1.1938, Kazan) – tatar yazıçısı, filoloq, tarixçi. Əmәk Qәhrәmanı (1928). Tatar realist әdәbiyyatının banilәrindәn biridir. Ruhani ailәsindә doğulmuşdur. Orenburq (1898–1905) vә Ufa (1906–09; 1915–17 illәrdә burada müәllimlik etmişdir) mәdrәsәlәrindә tәhsil almışdır. İnqilabi hәrәkatda iştirak etmiş, 1913 ildә hәbs olunmuşdur. 1917 il oktyabr inqilabından sonra bir sıra tatar jurnallarının tәşkilatçılarından biri vә redaktoru olmuşdur. 1925 ildәn Tat. MSSR Xalq Maarif Komissarlığı yanında Akademik mәrkәzin sәdri olmuşdur. 1938 ildә anti sovet fәaliyyәtdә günahlandırılaraq hәbs edilmişdir. Kazana köçürülmüş, burada hәbsxana xәstәxanasında vәfat etmişdir. 1955 ildә bәraәt verilmişdir. “Şagird Zәkinin mәdrәsәdәn qovulması” adlı ilk hekayәsi 1907 ildә dәrc edilmişdir. “Dәnizdә” (1911), “Mәhәbbәt xoşbәxtlikdir” (1912) vә s. әsәrlәri romantik sәpkidәdir. “Gәnc ürәklәr” (ilk tatar psixoloji romanı, 1912), “Bizim günlәr” (1919 ildә nәşr olunmuşdur) “Qazax qızı” (1924), “Dәrin köklәr” (1926–28) romanlarının, “Qırmızı çiçәklәr” (1921) vә s. povestlәrin, çox sayda hekayәlәrin (1922 ildә yazdığı kәnd oğlanının parlaq psixoloji portreti tәsvir olunan “Xallı” hekayәsi fәrqlәnir) müәllifidir. Dilçiliyә dair (“Tatar qrammatikası”, 1911), әdәbiyyatşünaslığa dair (“Ədәbiyyat qanunları”, 1916) elmi әsәrlәri, publisistik mәqalәlәri var. Əsәrlәri Azәrb. dilinә (“Adamlar”, 1927; “Qocalıq günlәrindә”, 1928; “Qırmızı çiçәklәr”, 1928; “Bizim günlәr”, 1936 vә s.) vә bir çox dillәrә tәrcümә olunmuşdur. Bakıda keçirilmiş 1-ci türkoloji qurultayda (1926) fәal iştirak etmişdir. Azәrb. ziyalılarından Y.V.Çәmәnzәminli vә N.Nәrimanovlatanış olmuşdur. N.Nәrimanova iki mәqalә hәsr etmişdir. Doğulduğu kәnddә ev muzeyi (1987) yaradılmışdır. Kazanda dil, әdәbiyyat vә incә sәnәt in-tu İ.-un adını daşıyır, ş.-dә büstü qoyulmuşdur.

Ə s ә r l ә r i: Избранное. Казань,1957; Избранное. Романы и рассказы. М., 1976.
Əd.: А б д у л л и н Я. Г. Татарская просвети тельская мысль. Казань,1976; Х а с а н о в М.Х. Писатель, ученый, революционер. М.,1987; Галимжан Ибрагимов-120. Казань, 2007.










