İBRAHİMOV Aydın Əli oğlu (17.9.1938, Gәncә – 2.9.2021, Bakı) – Azәrb. idmançısı. Sәrbәst gülәş üzrә SSRİ әmәkdar idman ustası (1964), SSRİ әmәkdar mәşqçisi (1965), beynәlxalq dәrәcәli hakim (1970). Azәrb. Dövlәt Bәdәn Tәrbiyәsi İntunu (1961) vә Azәrb. Dövlәt Untinin iqtisadiyyat fakültәsini (1967) bitirmişdir. 57 kq çәki dәrәcәsindә dünya (1963, Sofiya) Avropa (1966, Karlsrue) vә SSRİ (1964) çempionu, 18-ci Yay Olimpiya Oyunlarının (1964, Tokio) bürünc mükafatçısı olmuşdur.











