İBRAHİMOV Bayram Qәnimәt oğlu (d.10.11.1957, Füzuli r-nunun Gecәgözlük.) – hesablama vә rabitә texnikası sahәsindә Azәrb. alimi, texnika e.d. (2006), prof. (2011). Azәrb. Politexnik İn-tunu (indiki AzTU) bitirmişdir (1980). Rabitә Nazirliyinin Bakı poçtamtında mühәndis, aparıcı mühәndis (1980–83), Azәrb. Politexnik İntunda baş laborant, assistent, baş müәllim, dekan müavini (1983–2011) vәzifәlәrindә işlәmişdir. 2011 ildәn AzTU-da dekandır. Tәdqiqatları telekommunikasiya nәzәriyyәsinin әsasları, idarәetmә vә siqnallaşma sistemlәri, çoxxidmәtli rabitә şәbәkәlәrinin terminal avadanlıqlarının layihәlәndirilmәsi sahәlәrinә aiddir. 400-dәn çox elmi әsәrin, o cümlәdәn monoqrafiyaların müәllifidir. Beynәlxalq konfranslarda mәruzә ilә çıxış etmişdir. Elmi kadrların hazırlan masında xidmәti var.
Ə s ә r i: Мультисервисные сети связи: системы и протоколы сигнализации. Lambert Academic Publishing, 2016.










