İBRAHİMOV Bәkir Hәsәn oğlu (1903, indiki Gәdәbәy r-nunun Xarxar k. – 31.12. 1967, orada) – Sosialist Əmәyi Qәhrәmanı (1958). Gәdәbәy r-nundakı “Kommunist” k-zunda çoban (1930–67) işlәmişdir. 1957 ildә heyvandarlıq sahәsindә yüksәk әmәk göstәricilәri әldә etmişdir.










