İBRAHİMOV Cәfәr Mәmmәd oğlu (15.6.1904, indiki Gәdәbәy r-nunun Kiçik Qaramurad k. – 2.3.1977, Bakı) – Azәrb. tarixçisi, tarix e.d., prof. (1963). Azәrb. SSR әmәkdar elm xadimi (1972). 1939–40 illәrdә müәllim, 1941–43 illәrdә Bakının rayon partiya komitәsindә işlәmişdir. 1943–77 illәrdә Azәrb. Dövlәt Pedaqoji İntunda tarix fakültәsinin dekanı, SSRİ tarixi kafedrasının müdiri olmuşdur. Azәrb.-ın, әsasәn, orta әsrlәr dövrü tarixinin tәdqiqatçılarından idi. Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular, Sәfәvilәr dövlәti haqqında bir sıra әsәrin müәllifidir.
Ə s ә r l ә r i: Qaraqoyunlu dövlәti. B., 1948; Azәrbaycanın XV әsr tarixinә dair oçerklәr. B., 1958; Феодальные государства на территории Азербайджана XV века. Б., 1962.










