İBRAHİMOV-EYNULLAYEV Sәnәtulla İbrahim oğlu (1881, Simbirsk qub.-nın Buin qәzası, Əski Yukal k. – ?, Bakı) – Azәrb. mәtbuat xadimi, naşir, redaktor, publisist. Əslәn Simbrek tatarıdır. Yaradıcılığa Simbirskdә başlamışdır. 20 әsrin әvvәllәrindә Bakıya köçmüş, “Tәrәqqi” (1908–09), “Mәlumat” (1911), “Sәda” (1909–11), “Yeni İrşad” (1911–12), “Yeni İqbal” (1915–17), “Açıq söz” (1915–18) vә s. qәzetlәrdә әmәkdaşlıq etmişdir. İ.-E. “İqbal” qәzetinin naşiri vә baş mühәrriri (1912–13; onun imzası ilә qәzetin 459 nömrәsi çıxmışdır), “Azәrbaycan” (1918–20) qәzetinin aparıcı müәlliflәrindәn biri olmuşdur.
Azәrb. Xalq Cümhuriyyәti dövründә, әsasәn, publisistika sahәsindә çalışmışdır. İmperialist dövlәtlәrin Balkanlarda törәtdiklәri müharibәlәri, Asiya vә Afrika ölkәlәrini iqtisadi vә siyasi asılılıqda saxlamaq cәhdlәrini, rus çarizminin müsәlman xalqlarına qarşı müstәmlәkәçilik siyasәtini tәnqid etmiş, ana dilinin saflığı, maarifin inkişafı, müsәlman-türk xalqlarının iqtisadi vә mәdәni dirçәlişi vә birliyi uğrunda mübarizә aparmışdır. Rusiya müsәlmanlarının mәdәni muxtariyyәti ideyası İ.-E.-in publisistik mәqalәlәrinin әsas mövzularından biri idi.










