İBRAHİMOV Elman Cavanşir oğlu (d.15.1.1946, Zәngilan r-nu) – Azәrb. riyaziyyatçısı, riyaziyyat e.d. (2018). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1970). Azәrb. Dövlәt Pedaqoji İn-tunda, Azәrb. Politexnik İn-tunda, Azәrb. Neft vә Kimya İn-tunda pedaqoji fәaliyyәtlә mәşğul olmuşdur. 2015 ildәn Riyaziyyat vә Mexanika İn-tunda baş elmi işçi vәzifәsindә çalışır. Hegenbauer diferensial operatorunun doğurduğu harmonik analizin mühüm inteqral vә subxәtti operatorların struktur xassәlәrini tәdqiq etmişdir. Bu nәticәlәrin tәtbiqi olaraq Besov tipli fәzalarda yaxınlaşma teoremlәri öyrәnilmişdir. 60-dan artıq elmi әsәrin müәllifidir.










