Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İBRAHİMOV Əbdürrәşid Ömәr oğlu 
    İBRAHİMOV Əbdürrәşid Ömәr oğlu (23.4.1857, Rusiyanın Tobolsk qub.-nın Tara qәza mәrkәzi – 31.8.1944, Tokio) – tatar  ictimai-siyasi vә din xadimi, naşir, publisist. Rusiya müsәlmanları arasında türk-islam birliyi ideyalarının tanınmış tәbliğatçılarından biri. Əslәn Buxara özbәklәrindәndir. Kışkar mәdrәsәsindә (1877–78), Mәkkә, Mәdinә vә İstanbulda tәhsil almışdır (1879–85). Orenburq şәhәr ruhani idarәsinin qazısı (1892–94) olmuşdur. S.-Peterburqda açdığı “Ülfәt” mәtbәәsindә tatar dilindә siyasi, tarixi vә dinididaktik kitablar, dәrsliklәr, hәmçinin “Mirat” (“Güzgü”, 1900–03, 1907–09), “Nicat” (1907) vә “Sirkә” (“Rәhbәr”, 1907, qazax dilindә) jurnallarını, “Ülfәt” (1905–07; burada M.Ə.Sabirin şeirlәri dәrc olunmuşdu) vә “әl-Tilmiz” (1906–07, әrәb dilindә) qәzetlәrini nәşr etmişdir. İ.-un mәqalәlәri “Şәrqi-Rus” (1903–05), “Hәyat” (1905–06) vә s. qәzetlәrdә dәrc edilmiş, ictimai-siyasi fәaliyyәti Azәrb. mәtbuatında işıqlandırılmışdır. Siyasi fәaliyyәtinә görә daim tәqiblәrә mәruz qalmış, kitab vә qәzetlәri müsadirә edilmişdir. Qadağan olunmuş kitabları arasında tatarların zorla xristianlaşdırılmasından bәhs edәn “Çulpan yoldızı” (“Dan ulduzu”, 1895) әsәri dә vardı. İ. Rusiyada keçirilәn Rusiya müsәlmanlarının qurultaylarının fәal iştirakçısı, hәmçinin İttifaq-i müslimin” partiyasının nizamnamәsini hazırlayanlardan vә partiya MK-nın 3 nәfәr büro üzvündәn (Ə.Topçubaşov vә M.A.Tonayevlә birlikdә) biri idi. İ. Avropa, Afrika vә Asiya ölkәlәrinә sәfәrlәr edәrәk dünyada vә müsәlman ölkәlәrindә baş verәn hadisәlәrlә yaxından tanış olmuş, publisistikasında Rusiyada müsәlman türk xalqlarının vәziyyәtini, tatarların müstәqillik mübarizәsini işıqlandırmış, müsәlman xalqlarının müstәmlәkәdәn xilası mәqsәdilә ümumdünya islam ittifaqının yaradılmasına çalışmışdır. Yaponiyaya sәfәri zamanı burada ilk müsәlman cәmiyyәti olan “Asiya Gikay”ı (“Asiyanın dirçәlişi cәmiyyәti”, 1909) yaratmış, Tokioda ilk mәscidin tikilmәsi üçün rәsmi icazә almışdır. İ. İstanbulda “Türk ocağı” dәrnәyinin fәaliyyәtinә qoşulmuş, “Tәarüf-i müslimin” (1910) vә “İslam dünyası” (1913–14) jurnallarının naşiri vә redaktoru olmuş, “Bәsirәt”, “Sırat-i müstәqim” (1908–25), “Türk yurdu” jurnalları ilә әmәkdaşlıq etmişdir. “Rusiyada yaşayan müsәlman türk-tatarların hüquqlarını müdafiә komitәsi”nin (1912, İstanbul) üzvü seçılәn İ., Y.Akçura vә Ə.Hüseynzadә dә daxil olmaqla, cәmiyyәtin digәr nümayәndәlәri ilә birlikdә 1915 ildә Sofiya, Budapeşt, Vyana, Berlin vә Sürixә gedәrәk Rusiyada türk xalqlarının problemlәri vә mәruz qaldıqları tәzyiqlәrdәn bәhs etmiş, Millәtlәr birliyinin Lozannada tәşkil etdiyi “Rusiyanın müstәmlәkә әsarәti altındakı xalqların konfransı”nda (1916) Rusiya müsәlmanlarına mәdәni muxtariyyәtin verilmәsini vә müsәlman әhalinin hüquq bәrabәrliyinin tәmin edilmәsi tәlәbini irәli sürmüşdür. O, 1916 ildә Stokholmda yaradılan “Rusiyanın qeyri-rus millәtlәrinin cәmiyyәti”ndә Rusiya müsәlmanlarının tәmsilçisi olmuş, Berlindә müsәlman әsirlәr üçün “әl-Cihad” adlı qәzet nәşr etmişdir. 1933 ildә İ. Yaponiyaya dәvәt olunmuş, Asiya müsәlman xalqlarının Yaponiya әtrafında birlәşmәsinin ideoloji platforması kimi “Asiya” nәzәriyyәsi üzәrindә çalışmışdır. “Dai Nippon Kaikyō Kyōkai” dövlәt islam tәşkilatının sәdri vә Tokio mәscidinin imamı (1938) olan İ.-un tәşәbbüsü ilә islam dini Yaponiyanın rәsmi dinlәrindәn biri elan edilmişdir (1939). Bundan başqa o, Ə.Qurbanqaliyevin “Mәtbәә-i İslamiyyә”sindә (1927) tatar dilinin tәdrisi üçün dәrsliklәr nәşr etmiş, yapon dәrsliklәrinә islam vә türk xalqlarının tarixinә dair fәsillәrin daxil edilmәsinә nail olmuşdur.
    Ə s ә r l ә r i: Livâü’l-hamd. İstanbul. 1885; Min üçyüzillik bir nәzәr. S.-Peterburq, 1905 (tatar dilindә); Vicdan mühakimәsi vә İnsan tәrәzisi (tatar dilindә). S.-Peterburq, 1906; Avtonomiya, yaxud idareyimuxtariyyә (tatar dilindә). S.-Peterburq, 1907; Âlemi İslâm ve Japon ya’da İntişar-i İslâmiyet. İstanbul, 1907–10 vә s.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 