İBRAHİMOV Əjdәr Mütәllim oğlu (29.4.1919, Aşqabad – 20.9.1993, Moskva; Bakıda dәfn olunmuşdur) – Azәrb. kinorejissoru, ssenarist, pedaqoq. SSRİ xalq artisti (1991), Azәrb. SSR xalq artisti (1971). Azәrb. SSR vә Tür. SSR әmәkdar incәsәnәt xadimi (1959). Aşqabad Teatr Mәktәbini (1940), Ümumittifaq Dövlәt Kinematoqrafiya İntunun (Moskva) rej.-luq fakültәsini (1952, S.Yutkeviç vә M.Rommun emalatxanası) bitirmişdir. 1937–42 illәrdә Aşqabad Azәrb. Musiqili Dram Teatrında aktyor işlәmişdir. Kino yaradıcılığına 1952 ildәn Aşqabad kinostudi yasında başlamış, “Firuzә” vә “Xәzәrin şәrqindә” (1953, V.Lavrovla birgә) mәnzәrә filmlәrinin rej.-u olmuşdur. 1954–59 illәrdә Bakı kino studiyasında fәaliyyәt göstәrmiş, “Bir mәhәllәli iki oğlan” (1957, İ.Qurinlә birgә; M.Qorki ad. kinostudiya ilә, Moskva), “Onun böyük ürәyi” (1958) bәdii filmlәrini çәkmişdir. 1959–62 illәrdә Vyetnamda ilk milli kino mәktәbinin yaradılması, milli aktyor vә rej. kadrlarının hazırlanmasında fәal iştirak etmiş, onun bәdii rәhbәrliyi ilә burada “Bir payız günündә”, “Cüllüt” (Karlovi-Vari Beynәlxalq kinofestivalının xüsusi mükafatı, 1962), “İki әsgәr” (hәr üçü 1962) filmlәri çәkilmişdir. 1962–90 illәrdә “Mosfilm” kinostudiyasının rej.-u olmuşdur. “26 Bakı komissarı” (1966, ssenari müәlliflәrindәn biri) vә “Ulduzlar sönmür” (1971, ssenari müәlliflәrindәn biri) filmlәri “Azәrbaycanfilm” vә “Mosfilm” kinostudiyalarının birgә istehsalıdır. “Ürәk mәsәlәlәri” (1973) filmi ailә-mәişәt mövzusuna hәsr olunmuşdur. N.Hikmәtin “Mәhәbbәt әfsanәsi” pyesinin motivlәri әsasında “Mәhәbbәtim, kәdәrim mәnim” (1978, “Mosfilm” vә Türkiyәnin “Tuqrafilm” kinostudiyasının birgә istehsalı, ssenari müәlliflәrindәn biri) filmini vә “Qәribә adam” pyesi üzrә eyni adlı televiziya filmini (1979) çәkmişdir. Pedaqoji fәaliyyәt göstәrmiş, Moskva Dövlәt Mәdәniyyәt İn-tun da dәrs demişdir. Filmlәrinin bir çoxunda (“Onun böyük ürәyi”, “Ulduzlar sönmür”, “Qәribә adam” vә s.) epizodik rollara çәkilmişdir. Bakı küçәlәrindәn birinә İ.-un adı verilmiş, Moskvada vaxtilә yaşadığı binaya xatirә lövhәsi vurulmuşdur. Qırmızı Əmәk Bayrağı, Xalqlar dosluğu vә “Şәrәf nişanı” ordenlәri, elәcә dә Vyetnamın Əmәk ordeni ilә tәltif edilmişdir. Haqqında “Narahat adam” sәnәdli filmi çәkilmişdir.











