İBRAHİMOV Əli İsmayıl oğlu (1.10.1913, Çita vil.-nin Ust-Karsk k. – 16.2.1990, Bakı) – Azәrb. siyasi vә dövlәt xadimi. Azәrb. Sәnaye İn-tunu bitirmişdir (1937). Bakının maşınqayırma z-dlarında müxtәlif vәzifәlәrdә, o cümlәdәn baş mühәndis (1941–43), direktor (1943–45) işlәmişdir. Azәrb. KP Bakı Şәhәr Komitәsi katibinin maşınqayırma sәnayesi üzrә müavini (1945–46), Azәrb. Neft Maşınqayırma Trestinin müdiri (1946–48) olmuşdur. İ. Azәrb. KP MK katibinin müavini vә MK-nın nәql. şöbәsinin müdiri (1948–50), Azәrb. SSR Dövlәt Plan Komitәsinin sәdri ( 1950–53), komitә sәdrinin 1-ci müavini (1953–54), komitә sәdri (1954–57), Azәrb. SSR Nazirlәr Soveti sәdrinin müavini (1957–58), Dövlәt Plan Komitәsinin sәdri (1958–63), Zaqafqaziya iqtisadi r-nu (Tbilisi) Plan komissiyasının sәdri (1963–65), Azәrb. SSR Nazirlәr Soveti sәdrinin 1-ci müavini (1965–70), Nazirlәr Sovetinin sәdri (1970–81) vәzifәlәrindә işlәmişdir. SSRİ Ali Sovetinin (6–10-cu çağırış), Azәrb. SSR Ali Sovetinin (2–5, 8–10-cu çağırış) deputatı olmuşdur. 3 dәfә Lenin ordeni, 3 Qırmızı Əmәk Bayrağı ordeni ilә tәltif edilmişdir.











