İBRAHİMOV Hüseyn Behbud oğlu (d.15.8.1960, Naxçıvan MR Culfa ş.) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (2005), prof. (2010). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1982). 1982–84 illәrdә Moskva Elmi Tәdqiqat Tәtbiqi Fizika İn-tunun Bakı filialında mühәndis işlәmiş, 1984–87 illәrdә Azәrb. SSR Fizika İn-tunun aspirantı, 1988–2003 illәrdә kiçik elmi işçisi olmuş, 2003 ildәn laboratoriya rәhbәridir. 2006–18 illәrdә Azәrb. Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbә müdiri vәzifәsindә çalışmışdır. 2006 ildәn BDU-nun prof.-u, 2021 ilin mart ayından Fizika İn-tunun icraçı direktorudur. Elmi işlәri nanoölçülü sistemlәrin nәzәri tәdqiqinә hәsr olunub. 150-dәn artıq elmi әsәrin müәllifidir.










