İBRAHİMOV Hüseyn Hәsәn oğlu (29.9.1938, indiki Goranboy r-nunun Tap qaraqoyunlu kәndi ‒ 3.10.2003, Bakı) ‒ Azәrb. tibb alimi, mikrobioloq. Tibb e.d. (1989), prof. (1990). Azәrbaycan Dövlәt Tibb İntunu (indiki Azәrb. Tibb Un-ti) bitirmişdir (1967). 1967‒69 illәrdә Q.Musabәyov ad. Virusologiya, Mikrobiologiya vә Gigiyena ET İn-tunda elmi işçi, 1969‒2003 illәrdә Azәrb. Tibb Un-tinin mikrobiologiya kafedrasında (1989‒2003 illәrdә kafedra müdiri) işlәmişdir. Tәdqiqatları, әsasәn, Azәrbaycan florasından alınmış bәzi efir yağlarının mikroba qarşı tәsirinin sәmәrәliliyinin müqayisәli öyrәnilmәsi üzrәdir. 100-ә yaxın elmi әsәrin müәllifidir.
Əd.: A.M ә m m ә d o v, K.H ә v i l o v a. Tap kәndi deyilәn bir oymağa gәl... B., 1997.










