İBRAHİMOV İbrahim Eldar oğlu (d.3.5. 1959, Erm. SSR, İcevan) – Azәrb. idmançısı. Cüdo üzrә әmәkdar mәşqçi (2008), әmәkdar bәdәn tәrbiyәsi vә idman xadimidir (2018). Azәrb. Resp.-nın “Şöhrәt” (2012), 3-cü dәrәcәli “Vәtәnә xidmәtә görә” (2016), 3-cü dәrәcәli “Əmәk” (2024) ordenlәri ilә tәltif edilmişdir.










