İBRAHİMOV Mәmmәdbağır Əli oğlu (1905, Ordubad – 12.12.1979, Bakı) – Azәrb. gigiyenisti. Tibb e.d., (1954) prof. (1955). Azәrb. SSR әmәkdar elm xadimi (1967). 1941–79 illәrdә Monqolustan Sәhiyyә Nazirliyindә mәslәhәtçi, Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun sosial gigiyena vә sәhiyyәnin tәşkili kafedrasının müdiri (1949–79) işlәmişdir. İ. hәmçinin Azәrb. SSR Sәhiyә Nazirliyinin Statistika elmi-metodik bürosuna başçılıq etmişdir. Sovet-Monqolustan Dostluq Cәmiyyәti Azәrb. şöbәsinin sәdri olmuşdur (1955 ildәn). Tәdqiqatları, әsasәn, Azәrbaycanda vә Monqolustanda sәhiyyәnin tarixi vә inkişafına hәsr olunmuşdur. 100-dәn artıq elmi әsәrin müәllifidir. Elmi kadrlar hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Здровоохранение Советского Азербайджана. М., 1967; Дружба и сотрудничеству 50 лет, В. 1972; Очерки по истории развития здравоохранения Монгольской Народной Республики, М., 1977 (Б.Демберел ilә birlikdә).










