BRAHİMOV Mirzә Əjdәr oğlu (28.10.1911, Cәnubi Azәrb., Sәrab ş. yaxınlığındakı Evә k.–17.12.1993, Bakı) – Azәrb. yazıçısı, dramaturq, ictimai vә dövlәt xadimi. Azәrb. SSR xalq yazıçısı (1961), әmәkdar incәsәnәt xadimi (1941). Azәrb. SSR EA-nın akad. (1945). Sosialist Əmәyi Qәhrәmanı (1981). SSRİ Dövlәt mükafatı laureatı (1950). Azәrb. SSR Dövlәt mükafatı laureatı (1965). Beynәlxalq Nehru mükafatı laureatı (1979). Azәrb. Yazıçılar İttifaqı İdarә Heyәtinin sәdri (1946–54), birinci katibi (1965–75) olmuş, Azәrb. SSR EA-nın Nizami ad. Ədәbiyyat İn-tunda Cәnubi Azәrb. әdәbiyyatı şöbәsinin müdiri (1976–93) işlәmişdir. 1918 ildә atası vә böyük qardaşı ilә Bakıya gәlmiş, Balaxanı vә Zabrat k.-lәrindә muzdurluq etmışdir. 1926 ildә fabrik-zavod tәhsili mәktәbinә daxil olmuşdur. 1933 ildә Naxçıvan MTS siyasi şöbәsindә “Sürәt” qәzetinin redaktoru işlәmişdir. 1937 ildә Leninqradda SSRİ EA Şәrqşünaslıq İn-tunun aspiran turasını bitirmişdir.

Ədәbi yaradıcılığa 1930 ildә dәrc olunmuş “Qazılan buruq” adlı şeirlә başlamışdır. “Hәyat” pyesindә (1935) İ. müasirlәrinin bәdii obrazlarını yaratmışdır. “Madrid” (1939) pyesi İspaniyada faşizmә qarşı mübarizәyә hәsr olunmuşdur. İkinci dünya müharibәsi illәrindә SSRİ-nin qoşun hissәlәri ilә bәrabәr Cәnubi Azәrb.-a getmiş, Tәbrizdә çıxan “Vәtәn yolunda” adlı ordu qәzetinin redaktoru olmuşdur. Müharibә dövründә arxa cәbhә adamlarının fәdakarlığını tәsvir edәn “Mәhәbbәt” (1941) dramını, “Vәtәn eşqi”, “Zәfәr bizimdir”, “İki qardaş”, “Xilaskar mәlәk” vә s. şeirlәrini yazmışdır. “Kәndçi qızı” (1962), “Yaxşı adam” (1965) komediyalarının müәllifidir. “Közәrәn ocaqlar” (1967) pyesindә İ. Azәrb. dramaturgiyasında ilk dәfә olaraq N.Nәrimanovun bәdii surәtini yaratmışdır. “Gәlәcәk gün” (1948) romanı әdibin yaradıcılığında xüsusi yer tutur. Əsәr 30-dan artıq dilә tәrcümә edilmişdir. “Fırtına quşu” (1965), “Gülәbәtin” (1966) povestlәri, “Cәnub hekayәlәri” silsilәsi, “Bәşәrin komediyası, yaxud Don Juan” pyesi (1970) var. İ.-un Azәrb. kәndindәn bәhs edәn “Böyük dayaq” (1957) romanı Azәrb. nәsrinin әn yaxşı nümunәlәrindәndir (1962 ildә romanın motivlәri әsasında eyniadlı film çәkilmişdir). “Pәrvanә” (1967–70) romanepo peyasında 19 әsrin sonu – 20 әsrin әvvәllәri ölkә hәyatının epik tәsviri verilmişdir. “Cәnubi Azәrbaycanda milli-demokratik hәrәkat haqqında” (1947) әsәrin, әdәbiyyat tarixinә, onun ayrı-ayrı görkәmli nümayәndәlәrinin, o cümlәdәn C.Mәmmәd quluzadәnin yaradıcılığına, bәdii yaradıcılığın nәzәri-estetik problemlәrinә, әdәbi әlaqәlәrә dair mәqalәlәrin, publisistik yazıların müәllifidir (“Hәyat vә әdәbiyyat”, 1947; “Sarı sim”, 1958; “Xәlqilik vә realizm cәbhәsindәn” 1961; “Ədәbi qeydlәr”, 1970; “Niyәsiz, necәsiz bir yazısan sәn”, 1986 vә s.). A.N.Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hәr kәsә kifayәtdir sadәlik”, A.P.Çexovun “Üç bacı”, U.Şekspirin “Kral Lir”, “On ikinci gecә”, J.B.Molyerin “Don Juan”, B,Şounun “Şeytanın şagirdi” pyeslәrini, N.Q.Çernışevskinin “Nә etmәli?” romanını vә s. әsәrlәri Azәrb. dilinә çevirmişdir. Əsәrlәri bir çox dillәrә tәrcümә olunmuşdur. 3 cildlik “Azәrbaycan әdәbiyyatı tarixi”nin (1957–60) redaksiya heyәtinin üzvü olmuşdur.
Azәrb. SSR maarif naziri (1942–46), Azәrb. SSR Nazirlәr Soveti sәdrinin müavini (1946–50), Azәrb. SSR Ali Soveti Rәyasәt Heyәtinin sәdri (1954–58), vәzifәlәrindә çalışmışdır. SSRİ Ali Sovetinin (1–5, 7–8 vә 10–11-ci çağırış) vә Azәrb. SSR Ali Sovetinin (3–4, 6–7 vә 9-cu çağırış) deputatı, SSRİ xalq deputatı (1989–91) olmuşdur. Azәrbaycan Sovet Ensiklopediyası Baş redaksiya heyәtinin üzvü (1976 ildәn) idi.
Asiya vә Afrika ölkәlәri ilә Sovet Hәmrәylik Komitәsinin sәdri (1977–87), Ümum dünya parlamentlәrarası ittifaqın konqresi (Helsinki, 1955; Banqkok, 1956), Ümumdünya sülh tәrәfdarları konqresi (Stokholm, 1958) vә s. beynәlxalq mәclislәrin iştirakçısı olmuş, BMT-nin apartheyd әleyhinә mübarizә komitәsinin iclasında (Nyu-York, 1978) çıxış etmişdir. 2 dәfә Lenin ordeni, Oktyabr İnqilabı ordeni vә digәr ordenlәrlә tәltif olunmuşdur.
Ə s ә r l ә r i: Seçilmiş әsәrlәri. 4 cilddә, B., 1966–72; Заметки о литературе. М., 1971; Книга моей жизни. Очерки. М., 1979; Əsәrlәri. 10 cilddә, B., 1978–83; Голоса жизни. М., 1985; Seçilmiş әsәrlәri. 2 cilddә, B., 2005.










