İBRAHİMOV Mübariz Ağakәrim oğlu (7.2.1988, Bilәsuvar r-nunun Əliabad k. – 18.6.2010, Tәrtәr r-nunun Çaylı k.; Bakıda, İkinci Fәxri Xiyabanda dәfn edilmişdir) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 22.7.2010). 2005 ildә orta mәktәbi bitirdikdәn sonra hәrbi xidmәtә çağırılmışdır. Hәrbi xidmәtini Azәrb. Resp. DİN Daxili Qoşunlarının “N” saylı hissәsinin xüsusi tәyinatlı bölüyündә keçmişdir. 2007 ildә xidmәtini çavuş rütbәsindә başa vurmuş, bir müddәt “İnter Sekyuriti” MMC-dә mülki işdә çalışmışdır. 2009 ilin avqustunda gizir rütbәsindә hәrbi xidmәtә qayıtmış, öz xahişi ilә cәbhә bölgәsindәki hәrbi hissәlәrdәn birinә xidmәtә göndәrilmişdir. 2010 il iyunun 18-dә gecә saatlarında Azәrb.-ın Tәrtәr r-nunun Çaylı k. yaxınlığında Şiştәpә adlanan әrazidә düşmәnin minaladığı 1 km-lik sahәni tәkbaşına keçәrәk ermәni işğalçılarının çox sayda әsgәr vә zabitini qәfil hәmlә ilә mәhv etmişdir. Əldә etdiyi silahları düşmәnin özünә qarşı istifadә edәrәk, sәhәrәdәk davam edәn döyüşdә qarşı tәrәfi ağır itkilәrә mәruz qoymuş, özü dә qәhrәmancasına şәhid olmuşdur. İ.-un cәsәdi Beynәlxalq Qırmızı Xaç Komitәsinin vasitәsilә 141 gündәn sonra ermәnilәrdәn geri alınmışdır. Dәdә Qorqud Milli Fondunun “Vәtәn övladı” ordeni ilә tәltif olunmuşdur (ölümündәn sonra, 22.7.2010).
Bilәsuvar ş.-ndә İ.-un adına küçә vә mәktәb-lisey var, heykәli qoyulmuşdur. Azәrb.-da istehsal edilәn “İstiqlal” snayper tüfәnglәri seriyasından ikinci tüfәng onun şәrәfinә “Mübariz” adlandırılmışdır. Haqqında “Müqәddәs zirvә” adlı film çәkilmişdir (2010). Xәzәrdә yük gәmisi qәhrәmanın şәrәfinә “Mübariz İbrahimov” adlandırılmışdır. ADNSU-da heykәli qoyulmuşdur. Kanadanın Ottava ş.-ndәki Minto parkında Azәrb. icmasının tәşәbbüsü ilә İ.-un adına xatirә lövhәsi vurulmuşdur (2014).











