İBRAHİMOV Natiq Sәhrab oğlu (d.28.3.1953, Qәbәlә r.-nunun Mıxlıqovaq k.) –Azәrb. riyaziyyatçısı, riyaziyyat e.d. (2015), prof. (2021). Azәrb. Dövlәt Untinin (indiki BDU) mexanika-riyaziyyat fakültәsini bitirmişdir (1978). Əmәk fәaliyyәtinә BDU-da başlamış, 1993 ildәn Azәrb. Resp. Tәhsil Nazirliyindә aparıcı inspektor, aparıcı mәslәhәtçi, baş mәslәhәtçi, 2014 –21 illәrdә nazirliyin Elm, ali vә orta ixtisas tәhsili şöbәsindә müdir müavini vәzifәlәrindә çalışmışdır. 2016–21 illәrdә Lәnkәran Dövlәt Un-tindә icraçı rektor işlәmişdir. 2021 ilin aprel ayından rektor vәzifәsindә çalışır. Elmi işlәri dinamik sistemlәrә vә optimal idarәetmәyә hәsr edilmişdir. 50-dәn artıq elmi әsәrin müәllifidir.










