İBRAHİMOV Sәnan Mәmmәdәli oğlu (d.18.4.1959, Nax. MR, Culfa) – Azәrb. әdәbiyyatşünası. Filologiya e. d. (2008). Azәrb. Dövlәt Un-tinin (indiki BDU) şәrqşü naslıq fakültәsini (1985) bitirmişdir. 1988 ildәn BDU-da çalışmış, klassik Azәrb. әdәbiyyatı kafedrasının dosenti (1999–2013) olmuş, 2013 ildәn hәmin kafedranın prof.-udur. Tәdqiqatları, әsasәn, Azәrb. әdәbiyyatının inkişafı tarixinә, әdәbi-nәzәri problemlәrinә, Şәrq әdәbiyyatının öyrәnilmәsinә hәsr olunmuşdur. Bir çox beynәlxalq seminar, simpozium vә konfranslarda elmi mәruzәlәrlә çıxış etmişdir. 50-dәn çox elmi әsәrin, o cümlәdәn 6 monoqrafiyanın, müәllifidir. Bәdii yaradıcılıqlada mәşğul olur (“Yumoristik hekayәlәr”, 1998; “Fantomaslıq peşәsi”, 2007; “Pyeslәr”, 2009 vә s.).
Ə s ә r l ә r i: Klassik Azәrb.әdәbiyyatı ümumşәrq kontekstindә. B., 2006; Klassik әdәbiyyatda vәhdәti-vücud. B., 2007; Divan әdәbiyyatının poetikası. B., 2009; Kövnü mәkana sığmayan Nәsimi. B., 2019.










