İBRAHİMOV Şaiq Rәhim oğlu (d.1.3.1951, Bakı) – Azәrb. zooloqu vә ekoloqu. Biologiya e.d. (1991), prof. (2010). Azәrb. Dövlәt Un-tinin (indiki BDU) biologiya fakültәsini bitirmişdir (1972). AMEA-nın Zoologiya İn-tunda baş laborant (1973), aspirant (1973–76), kiçik elmi işçi (1977–81), böyük elmi işçi (1982–85), yaradıcı qrup rәhbәri (1986–91), laboratoriya vә şöbә müdiri (1992–2016) olmuşdur, 2016 ildәn baş elmi işçidir. 2008–12 illәrdә hәm dә Azәrb. Tibb Un-tinin tibbi biologiya vә Genetika kafedrasında prof. kimi fәaliyyәt göstәrmişdir. 2012 ildәn “Azәrbaycan Milli Ensiklopediyası” Elmi Mәrkәzindә direktor müavini vәzifәsindә çalışır. Elmi tәdqiqatları, әsasәn, Azәrb.-ın şirin sularında vә Xәzәr dәnizindә yaşayan balıqların parazit vә xәstәliklәrinә hәsr olunmuşdur. İlk dәfә olaraq, Xәzәr dәnizinin bütün akvatoriyası üzrә balıqların әtraflı faunistik, ekoloji, zoocoğrafi vә epizootoloji tәhlilini aparmışdır. Bununla yanaşı, nәzәri vә tәtbiqi ekologiya sahәsindә – ekoloji maariflәndirmә, qlobal iqlim dәyişmәsi şәraitindә ekoloji tәdqiqatların vәzifәlәri, әtraf mühitә tәsirlәrin qiymәtlәndirilmәsi vә s. üzrә bir sıra tәdqiqatlar hәyata keçirmişdir. 2006–07 illәrdә İtaliyanın Roma şәhәrindәki “La Sapiensa” Un-tindә biologiyadan mühazirәlәr oxumuşdur. YUNESKO-nun “İnsan vә Biosfer” Proqramı üzrә Azәrbaycan Milli Komissiyasının katibidir (2006 ildәn). 180-dәn çox elmi әsәrin, o cümlәdәn 4 kitabın müәllifidir. Kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Экология и зоогеография паразитов рыб Ленкоранской природной области. Б.,1980; İqlim dәyişmәlәri vә ekoloji stabillik; Паразиты и болезни рыб Каспийского моря (эколого-географический анализ, эпизоотологическая и эпидемиологическая оценка). Б., 2012; Medical zoology. B., 2016.










