İBRAHİMOV Vaqif Rza oğlu (d.9.5.1947, Naxçıvan r-nunun Cәhri k.) – Azәrb. riyaziyyatçısı, fizika-riyaziyyat e.d. (2004). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1969; indiki BDU). 1969n ildәn un-tin hesablama riyaziyyatı kafedrasında laborant kimi fәaliyyәtә başlamış, 2000–05 illәrdә hәmin kafedranın müdiri olmuş, 2004 ildәn BDU-nun humanitar mәsәlәlәr üzrә prorektorudur. Elmi işlәri adi diferensial Volter tipli inteqral vә inteqro-diferensial tәnliklәrin әdәdi hәllinin tәdqiqinә hәsr olunmuşdur. 140-dan artıq elmi әsәrin müәllifidir.










