İBRAHİMOVA Bilqeyis İsmayıl qızı (9.7.1917, Çita vilayәtinin Ust-Karsk k. –1981, Bakı) – Azәrb. terapevti. Tibb e.d. (1970), prof. (1970). Sәhiyyә әlaçısı. N.Nәrimanov ad. Azәrb. Dövlәt Tibb İn-tunun II fakültәtiv terapiya kafedrasının müdiri olmuşdur (1973–80). Tәdqiqatı mәdә-bağırsaq xәstәliklәrinә, әsasәn, mәdә xorası mәsәlәlәrinә hәsr olunmuşdur.










