İBRAHİMOVA Elza İmamәddin qızı (10.1.1938, Hacıqabul – 11.2.2012, Bakı) – Azәrb. bәstәkarı. Azәrb. Resp. xalq artis- ti (2008), әmәkdar incәsәnәt xadimi (1992). Azәrb. Dövlәt Konservatoriyasını (Q.Qarayevin bәstәkarlıq sinfini) bitirmişdir (1964). Müxtәlif janrlarda musiqi әsәrlәri yaratmışdır: fp. üçün prelüd, sonatina, variasiyalar, fp. triosu, kvartet, fp. ilә orkestr üçün üç hissәli konsert, simfonik poema, oratoriya, solist vә simfonik ork. üçün “Neftçilәr himni” vә s. İ. opera sahәsindә dә fәaliyyәt göstәrmiş (“Afәt”, H.Cavidin eyniadlı pyesi üzrә; “Yanan laylalar”, librettosu R.Heydәrindir), teatr tamaşalarına (Ş.Qurbanovun “Sәnsiz” pyesi vә s.), filmlәrә (“Dünya sevәnlәrindi”, “Nәğmәkar torpaq”, Qayıdış” vә s.) musiqi bәstәlәmişdir. Çoxlu romans vә mahnıları var. Azәrb.-da tanqo ritmini estradaya gәtirәn ilk bәstәkarlardan biri idi. Lirik, melodik, bәnzәrsiz mahnıları İ.-nın yaradıcılığının zirvәsini tәşkil edir (“Sәnin üçün”, “Bakının işıqları”, “Bizdәn güclü”, “Gecәlәr bulaq başı”, “Ey Vәtәn”, “Qurban verәrdim”, “Bağ çadan keçmisәn”, “Yalan ha deyil” vә s.). 1986–93 illәrdә Azәrb. Dövlәt Musiqi Texnikumunda dәrs demişdir.











