İBRAHİMOVA Minavәr Cәfәr qızı (d.5. 5.1946, Quba r-nunun Xucbala k.) – Azәrb. kimyaçısı, kimya e.d. (2001), prof. (2012). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1966). 1974–2002 illәrdә AMEAnın Y.Mәmmәdәliyev ad. Neft-Kimya Proseslәri İn-tunda müxtәlif vәzifәlәrdә işlәmiş, 2002–14 illәrdә laboratoriya müdiri olmuş, 2014 ildәn şöbә müdiridir. Tәdqiqatları yeni polifunksional monomerlәr, oliqomerlәr vә polimerlәrin sintez üsullarının, ion mayelәrindәn katalitik sistem, ekstragent kimi istifadә etmәklә ekoloji zәrәrsiz emal vә istehsal texnologiyalarının işlәnib hazırlanmasına hәsr olunmuşdur. 410-dan çox elmi әsәrin, 5 kitab vә 1 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.










