İBRAHİMOVA Şәhla İbrahim qızı (d.2.11. 1961, Bakı) – Azәrb. violinçalanı. Azәrb. Resp. xalq artisti (2005). Prof. (2012). Azәrb. Dövlәt Konservatoriyasını (S.Qәniyevin sinfini) bitirmişdir (1985). 1983 ildәn Azәrb. Dövlәt Simfonik Ork.-nin 1-ci violinçalanlar qrupunun solisti, 1997 ildәn baş konsertmeysteridir. Dövlәt simfonik ork.-nin tәrkibindә xarici ölkәlәr dә qastrolda olmuşdur. 1997 ildәn Bakı Musiqi Akademiyasında (“Simli alәtlәr” kafedrasının müdiri) dәrs deyir. “Skripka üçün orkestr çәtinliklәri” adlı dәrs vәsaitinin, proqram vә bir sıra elmi-metodiki vәsaitlәrin müәllifidir.











