İBTİDAİ BİTKİLƏR, k ö k y a r p a q l ı v ә y a t a l l o m l u b i t k i l ә r (Thallophyta) – bitki alәminin iki yarımalәmindәn biri; bakteriyaları, aktinomisetlәri, miksomisetlәri, göbәlәklәri, yosunları vә şibyәlәri birlәşdirir. İ.b.-in cismi kök, gövdә vә yarpağa ayrılmır, kök-yarpaq vә ya tallom adlanır; çoxhüceyrәli çoxalma orqanları yoxdur. İ.b. arasında hәm hüceyrәlәri әsl nüvәdәn mәhrum olan prokariotlar (bakteriyalar, aktinomisetlәr, göy-yaşıl yosunlar) vә hәm dә hüceyrәlәri әsl nüvәli olan eukariotlar (qalan İ.b.) var. Əsasәn, mikroskopik birhüceyrәlilәr vә uz. 40 m-әdәk olan çoxhüceyrәlilәrdir; bir hissәsi heterotroflar (bakteriyaların böyük hissәsi, aktinomisetlәr, miksomisetlәr, göbәlәklәr), digәr hissәsi avtotroflardır (bakteriyaların bir hissәsi, yosunlar, o cümlәdәn şibyәlәr). Yüksәk tәşkil olunmuş İ.b.-dә ali bitkilәrin floemasına oxşar keçirici sistem, yarpağa bәnzәr orqanlar vardır, ziqota qametofit üzәrindә çoxhüceyrәli rüşeym kimi inkişaf edir (bәzi qonur yosunlarda). Bir sıra İ.b.-in – bakteriyaların vә birhüceyrәli yosunların qazıntı qalıqları tәqr. 3 mlrd. il yaşı olan Arxey vә Proterozoy çöküntülәrindә aşkar edilmişdir. Bax Ali bitkilәr.










