İBTİDAİ İNCƏSƏNƏT – ibtidai icma quruluşu dövrünün incәsәnәti; geniş mәnada – dövlәtәqәdәrki vә yazıyaqәdәrki inkişaf mәrhәlәsidә olan cәmiyyәtlәrin incәsәnәti; dar mәnada – Daş dövrü vә yasivili zasiya mәrkәzlәrindәn tәcrid olunmuş vәziyyәtdә inkişafedәn incәsәnәt. Bәzәn İ.i.-i “әnәnәvi xalq sәnәti” anlayışı çәrçivәsinә daxil edirlәr. İ.i.-ә incәsәnәt kimi baxmaq olmaz deyә fikirlәr var, әvәzindә “tәsviri fәaliyyәt” terminindәn istifadә etmәk tәklif olunur. Bir çox işlәrdә İ.i. әksinә, spesifik fenomen kimi fәrqlәndirilmir, onun abidәlәri isә dövr vә regionlara görә adlandırılır. Paleolit incәsәnәtinә xas sadәlövh realizm (tәsvirin son dәrәcә hәyatiliyi) ibtidai insanın әmәk tәcrübәsi vә dünyagörüşü xüsusiyyәtlәrindәn irәli gәlirdi. Lakin bu incәsәnәt hәyatiliyi vә ifadәliliyi ilә bәrabәr ümumilәşdirmә, kompozisiya vә s. bәdii ifadә vasitәlәrindәn uzaq İ.i. idi. Paleolit dövrü incәsәnәt abidәsi (maral sümüyünә hәkk olunmuş xallı maral tәsviri) ilk dәfә 1834 ildә Şaffo (Fransa) mağarasında hәvәskar qazıntılar zamanı aşkar edilmişdir. E.Larte vә G.Kristinin La Madlendә (1864) apardığı qazıntılar vaxtı fil dişlәri üzәrinә hәkk edilmiş mamont tәsvirinin aşkar edilmәsindәn sonra Paleolit dövründә bәdii yaradıcılığın mövcud olması qәbul edilmәyә başlanmışdır. Tәsviri sәnәt әsәrlәri Son Paleolit dövrünün başlanğıcından mәlumdur: Nyoda (1864) fiqur vә işarәlәr, Altamira mağarasında (1879) divar rәsmlәri, Le-Kombarel mağarasında qravüralar, Fon-de-Qomda tәsvirlәr vә s.
Sәnәtin mәnşәyi problemi Paleolit dövrü bәdii yaradıcılıq abidәlәrinin kәşfindәn әvvәl müzakirә olunmağa başlamışdı. İ.Kant vә F.Şillerin estetik konsepsiyalarına әsaslanan “oyun nәzәriyyәsi” çәrçivәsindә romantizm ruhunu әks etdirәn tezisә görә, incәsәnәt insanın tәbiәt vә cәmiyyәtin güc vә qanunlarına qarşı estetik yaradıcılıq azadlığına meyili nәticәsindә yaranmışdı. İnsanın bәdii yaradıcılığa fitrәn can atması barәdә tezis bir sıra nәzәriyyәdә әsas tezislәrdәn biri kimi qalırdı (alman iqtisadçısı K.Büxer, fransız tәdqiqatçısı J.A.Lüke, fransız ibtidai dövr tarixçisi L.R.Nujye vә b.). 19 әsrin ortalarında J.Buşe de Pert “sadә mәrhәlә” fәrziyyәsini irәli sürmüşdü. Bu fәrziyyәyә görә, insana ilk әvvәl bir sıra tәbiәt obyektlәrinin (daşlar, mağara divarlarının relyefi vә s.) heyvanlara vә insana oxşadığını müşahidә etmiş, sonra onları şüurunda mövcud olan obrazlara yaxınlaşdıraraq tәbii modellәri tamamlamış, daha sonra sәrbәst bәdii yaradıcılığa başlamışdır. Fransız arxeoloqu E.Pyett heykәltәraşlığı insanın tәbii nümunәlәri tәqlid etmәsi nәticәsindә yaranan tәsvirin (sümük vә daş üzәrindә oyma; gildәn qadın heykәlçiklәri) әn sadә vә әn qәdim forması hesab etmişdir. İnsan fiqurlarını xatırladan vә qәdim insanlar tәrәfindәn “әl gәzdirilmiş” Aşöl dövrünә aid tәbiәt obyektlәrinin aşkar edilmәsi (Fәlәstin, Holan yüksәkliklәri, Berexat-Ram düşәrgәsi, 1981; Tan-Tan) yenidәn J.Buşe de Pert vә E.Pyettin fәrziyyәlәrini aktuallaşdırmışdır. Lakin incәsәnәtin meydana çıxması problemi yenә dә açıq qalır.
Ən qәdim İ.i.abidәlәrinin әksәriyyәti Avrasiyanın şimalında, әsasәn, Qәrbi Avropada, daha çoxu isә (xüsusilә boyakarlıq nümunәlәri) Frank-Kantabriya rayonunda (Fransanın c.-q.-indә, İspaniyanın şm.-ında) tapılmışdır. İ.i. abidәlәri sәrt materiallar üzәrindә işlәnmiş dövrümüzәdәk gәlib çatmış nümunәlәr әsasında mәlumdur. Daş üzәrindәki tәsvirlәr qrafika (o cümlәdәn petroqliflәr) vә yalnız mağaralarda saxlanmış boyakarlıqla (bax Qayaüstü tәsvirlәr) tәmsil olunur. Bu, Paleolit dövrü qayaüstü abidәlәrini iki hissәyә ayırmağa imkan verir: işıqlı, açıq sәth üzәrindә yerlәşәnlәr (mәs., Şimal-Şәrq Portuqaliya, Foş-Koa, 1992) vә süni işıq mәnşәyi tәlәb olunan qaranlıq mağaralarda yaradılanlar. Paleolit dövründәn kompozisiyalar mәlumdur; onlardan bәzilәrinә mürәkkәb hәll xasdır (mәs., Şovedәki heyvan tәsvirlәri). Rәng palitrası, bir qayda olaraq, qırmızı, qara, sarı rәnglәrdәn ibarәtdir, nadir hallarda ağ rәngdәn istifadә olunurdu. Artıq Paleolitdә rәnglәrin üst-üstә tәtbiqi (mәs., Altamirada), yarımtonlar vasitәsilә hәcmin göstәrilmәsi mәlumdur. Bununla belә, hәtta polixrom tәsvirlәrdә dә qrafik xәtt mühüm әhәmiyyәt daşıyırdı. Mağaranın divarlarında gil sızmaları üzәrindә cızılmış vә bәzәn fiqurativ obrazlar әmәlә gәtirәn dolama xәtlәr, hәmçinin döşәmәsindә cızılmış vә gildәn düzәldilmiş heyvan tәsvirlәri (mәs., Nyo vә Tyukd’Oduberdәki bizonlar) özünә mәxsusluğu ilә seçilir. Sümüklәr vә kiçik daşlar üzәrindәki rәsmlәr arasında da qrafika üstünlük tәşkil edir. Ən qәdim heykәllәr fil dişindәn, sümükdәn, gildәn, daşdan hazırlanmış xırda plastika, hәmçinin qaya sәthlәrindә oyulan barelyeflәrlә tәmsil olunmuşdur.
Paleolit dövrü fiqurativ tәsvirlәri arasında öküz, bizon, at, maral, mamont, kәrgәdan, ayı, şir (quş vә balıq rәsmlәri azdır) tәsvirlәri üstünlük tәşkil edir. İnsan tәsvirlәri daha azdır; xırda plastika nümunәlәri ilә tәmsil olunan qadın obrazları (“Paleolit Veneraları”) üstünlük tәşkil edir. İnsan fiquru zoomorf, o cümlәdәn ornitomorf (mәs., Mezindәki, Altamiradakı “qadın-quşlar”, Laskoda quş başlı kişilәr), (mәs., “Sehrbaz”, Üç qardaş mağarası) elementlәrә malik ola bilәr; qadın bәdәninin üslublaşdırılmış tәsvirlәri (klaviforma adlandırılan) dә mövcuddur. Ən qәdim naxışlar (zolaqlar, spirallar, nәbati motivlәr), bir qayda olaraq, ritmik tәkrarlanan xәtlәr, çuxurlar, çevrәlәr vә s.-dәn ibarәtdir. Mezolit vә Neolit dövrlәrindә insan vә heyvanların tәsvirlәri daha sxematikdir, üslub vә kompozisiyaların tәşkili prinsiplәri dәyişmiş, ornamentlәr daha müxtәlifdir.
İ.i.-ә, şübhәsiz, musiqi vә rәqslәr dә yaddeyildi, mәs., Mezolit dövrünә aid Qobustan qaya tәsvirlәri (e.ә. 12–6 minilliklәr). Neolit dövründә memarlıq meydana çıxmışdır (Mәhsuldar Hilal bölgәsinә aid bir sıra yaşayış mәskәnlәri; bax hәmçinin Meqalit, Meqalit mәdәniyyәtlәri).
Paleolit dövrü süjetli kompozisiyalarının miflәrlә bağlılığı ehtimal edilir. Neolit, Eneolit vә qismәn Tunc dövründә Misir, Hindistan, Çin, Ön , Kiçik vә Orta Asiyanın qәdim tayfaları arasında әkinçilik mifologiyası ilә bağlı incәsәnәt yaranmışdı (rәngli keramika, stilizә edilmiş heyvan vә insan tәsvirlәri, ifadәli heykәltәraşlıq әsәrlәri vә s.). Neolit vә Eneolit dövrlәrinin memarlığı icma mәskәnlәri (çiy materialdan, yaxud çubuqdan çoxotaqlı evlәr), tәsviri sәnәt isә qaya rәsmlәri, gil, ağac vә sümükdәn heyvan fiqurları ilә tәmsil olunur. Bu dövrlәrә aid qaya rәsmlәri Orta Asiya (bax Zarautsay) vә Azәrb.-da da qalmışdır. Tunc dövrünә aid Abşeron arxeoloji abidәlәri, Kәlbәcәr qaya tәsvirlәri, Gәmiqaya tәsvirlәri dә İ.i.-in qәdim nümunәlәridir. İ.i.-in formaları bir sıra xalqlarda (Avstraliya, Okeaniya vә Cәnubi Amerika aborigenlәri, Afrika xalqları) 19–20 әsrlәrәdәk qalmışdı. İ.i.-in musiqi vә rәqsi haqqında bax hәmçinin Musiqi, Rәqs mәqalәlәrinә.










