Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İBTİDAİ İSTİNTAQ 
    İBTİDAİ İSTİNTAQ – cinayәt prosesinin ilk mәrhәlәsi; böyük ictimai tәhlükә törәtmәyәn cinayәtlәr üzrә mәhkәmәyәdәk sadәlәşdirilmiş icraat şәklindә aparılan tәhqiqat istisna olmaqla, bütün cinayәt işlәri üzrә aparılması mәcburi olan istintaq hәrәkәtlәri. Azәrb. Resp.-nın CPM-nә әsasәn cinayәt işlәri üzrә İ.i. prokurorluq vә Azәrb. Resp.-nın müvafiq icra hakimiyyәti orqanları tәrәfindәn aparılır (maddә 215.2).
    İbtidai araşdırmanın İ.i. vә tәhqiqat formaları var. İ.i. cinayәt işinin qaldırılması anından başlayır. Onun mәqsәdi cinayәt işinin düzgün açılması üçün mühüm әhәmiyyәt kәsb edәn halların araşdırılmasından ibarәtdir. İ.i. gedişindә prosesin bu mәrhәlәsindә tәhqiq olunan iş üzrә yekun nәticәni әsaslandıran sübutlar toplanır. Toplanmış sübutlar ittihamı tәsdiq edirsә, İ.i. ittiham aktının tәrtib olunması vә işin mәhkәmәyә göndәrilmәsi ilә yekunlaşır. Sübutlar müttәhimin tәqsirli olması haqqında birmәnalı nәticәyә gәlmәyә imkan vermirsә, cinayәt işi üzrә icraata xitam verilmәsi haqqında qәrar çıxarılır. İşdә cinayәt hadisәsinin vә tәrkibinin yoxluğu, müttәhimin törәdilmiş cinayәtlә әlaqәsi olmaması vә s. cinayәt işinә xitam verilmәsi üçün әsas kimi çıxış edә bilәr. Azәrb. Resp.-nın CPM-nә görә, böyük ictimai tәhlükә törәtmәyәn cinayәtlәr üzrә cinayәt işinin başlanmasından әn geci 2 ay, az ağır vә ağır cinayәtlәr üzrә cinayәt işinin başlanmasından әn geci 3 ay, xüsusilә ağır cinayәtlәr üzrә cinayәt işinin başlanmasından әn geci 4 ay keçdikdәn sonra İ.i. başa çatmalıdır (maddә 218). İ.i. müddәti cinayәt işinin başlandığı gündәn hesablanır, işin mәhkәmәyә göndәrilmәsi vә ya icraatına xitam verilmәsi haqqında qәrarın çıxarıldığı gün bitir. Cinayәt işinin mürәkkәbliyi ilә әlaqәdar İ.i. müddәti müstәntiqin әsas landırılmış vәsatәti vә ibtidai araşdırmaya prosessual rәhbәrliyi hәyata keçirәn prokurorun tәqdimatı әsasında uzadıla bilәr.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 