İBTİDAİ TƏHSİL – ümumtәhsil mәktәblәrinin ilk pillәsi. İ.t.-in mәqsәdi şagirdlәrә qavrayış qabiliyyәtlәrinin inkişafını vә sosial ünsiyyәti tәmin edәn bacarıqları, hәmçinin elementar ümumtәhsil biliklәrini aşılamaq, onlarda tәhsil fәaliyyәtinin әsas vәrdişlәrini formalaşdırmaqdır. Ümumtәhsil mәktәblәrinin ibtidai (I-IV) siniflәrindә vә ya müstәqil tәlim-tәrbiyә müәssisәsi kimi fәaliyyәt göstәrәn ibtidai mәktәblәrdә tәdris-tәlim prosesi müvafiq tәhsil proqramına әsasәn hәyata keçirilir (bax hәmçinin “Azәrbaycan” xüsusi cildinin “Tәhsil” mәqalәsinә).










