İBTİDAİLƏR (Protozoa) – protistlәrin yığma qrupu; heterotrof qidalanma tipli birhüceyrәli eukariotlar. “İ” termini 1818 ildә alman zooloqu Q.Qoldfus tәrәfindәn daxil edilmişdir. 1845 ildә K.Zibold onları müstәqil tip kimi ayırdı. 1881 ildә zooloq vә sitoloq O. Büçli İ. tipini siniflәrә böldü: sarkodinlәr (Sarcodina), sporlular (Sporozoa), qamçılılar (Mastigophora) vә kirpikli infuzorlar (Ciliata). Sonralar aydın oldu ki, İ. morfoloji әlamәtlәrinә vә hәyat tәrzinә görә bir-birindәn çox fәrqlәnir. Buna baxmayaraq, Protozoa taksonu sonrakı yüz il әrzindә saxlanıldı, lakin onun ranqı heyvanlar alәmindә yarımalәmә qaldırıldı vә 7 tipә bölündü: sarkomastiqoforlar (Sarco mastigophora), labirintullar (Labyrinthomorpha), apikomplekslәr (Apicomplexa), mikrosporidilәr (Microspora), asseto sporlular (Ascetospora), miksosporidilәr (Myxozoa vә ya Cnidosporidia), infuzorlar (Ciliophora). Gәlәcәkdә İ.-in genomlarındakı nukleotidlәr ardıcıllığının öyrәnilmәsi zamanı (1990 illәrdә) onların çox böyük genetik müxtәlifliyi müәyyәn edildi vә tәkcә onu demәk olar ki, vahid, hәtta polifiletik olsa da, Protoza taksonu haqqında fikir yürütmәk mümkün deyildir. Digәr tәsnifatlara görә İ. ultrastruktur tәdqiqatlar әsasında yosunlarla vә ibtidai göbәlәklәrlә birlәşdirilirdi vә protistlәrә aid edilirdi. İ.-in parazit formalarını tibbi vә baytarlıq protozoologiyası öyrәnir.










