İCARƏ – әmlakın istifadәyә verilmәsi üzrә müqavilә öhdәliyi növlәrindәn biri; әmtәә mübadilәsi iqtisadi münasibәtlәrinin reallaşdırılmasının hüquqi forması. Burada әmtәә qismindә әşya deyil, sahibkarlıq ehtiyaclarının vә ya şәxsi ehtiyacların ödәnilmәsi üçün әşyadan istifadә hüququ çıxış edir.
Azәrb. Resp.-nda İ. münasibәtlәri “İcarә haqqında” Azәrb. Resp.-nın qanunu (1992), Mülki Mәcәllә vә digәr qanunvericilik aktları ilә tәnzimlәnir. Torpaq icarәsi ilә bağlı münasibәtlәr Mülki Mәcәllә, Torpaq Mәcәllәsi, “Torpaq icarәsi haqqında” Azәrb. Resp.-nın qanunu, o cümlәdәn hәmin qanunlara müvafiq olaraq qәbul edilmiş digәr normativ hüquqi aktlarla tәnzimlәnir. Əmlakın subyekt tәrkibindәn, növündәn, istifadә mәqsәdindәn vә s. asılı olaraq İ.-nin: kirayә, torpaq İ.-si, bina vә qurğu İ.-si, müәssisә İ.-si, maliyyә
İ.-si (lizinq), nәql. vasitәlәrinin İ.-si növlәri var.
Əmlak kirayәsi İ. müqavilәsi әvәzli, qar şılıqlı vә konsensual müqavilәdir. Ona müvafiq olaraq icarәdar (kirayә verәn әmlak sahibi, yaxud qanun vә ya sahibkar tәrәfindәn әmlakın İ.-yә verilmәsi sәlahiyyәtinә malik şәxs) ödәniş qarşılığında әmlakı icarәçinin (kirayәyә götürәn; hüquqi vә ya fiziki şәxs ola bilәr) müvәqqәti mülkiyyәtinә vә istifadәsinә, yaxud yalnız müvәqqәti istifadәsinә vermәk öhdәliyi götürür. Bir ildәn artıq müddәtә bağlanan müqavilә (tәrәflәrdәn biri hüquqi şәxs olduqda müddәtdәn asılı olmayaraq) yazılı formada tәrtib edilir: qanunla digәr normalar tәyin edilmә dikdә, daşınmaz әmlak üzrә İ. müqavilәsi dövlәt qeydiyyatına alınır.
Fәrdi әlamәtlәrә görә müәyyәn edilmiş әmlak (İ.-yә verilmәsi mümkün olmayanlardan başqa) öhdәlik obyekti (müqavilә obyekti) kimi çıxış edir vә müqavilәnin mühüm şәrtlәrindәn biridir.
Müqavilә müddәti müәyyәn vә qeyrimüәyyәn ola bilәr. Müqavilә qeyri-müәyyәn müddәtә bağlanıldıqda daşınan әmlak İ.-sindә 1 ay, daşınmaz әmlak İ.-sindә 3 ay öncәdәn kontragentә xәbәr vermәklә tәrәflәrin hәr biri istәnilәn vaxt müqavilәdәn imtina edә bilәr. Qanunlar vasitәsilә İ.müddәti mәhdudlaşdırıla, onun әn son müddәti tәyin oluna bilәr. İ. müqavilәsinin mühüm şәrtlәrindәn biri olan İ. haqqının müxtәlif növlәri var: sabit pul mәblәği ilә vaxtaşırı vә ya birdәfәlik ödәnişlәr; әmlakın istifadәsilә әldә edilәn mәhsulun, gәlirin müәyyәn hissәsi, qarşılıqlı xidmәtlәr, işlәr; icarәdara mülkiyyәtçilik, yaxud ondan istifadә hüququ ilә әmlakın verilmәsi; icarә alınan әmlakın yaxşılaşdırılması üçün müqavilә ilә şәrtlәnәn xәrclәrin icarәdarın üzәrinә qoyulması.
İcarәdar icarәçinin razılığı ilә icarәyә götürdüyü әmlakı subarendaya verә, hәmçinin öz hüquq vә öhdәliklәrini digәr şәxsә ötürә, İ.-yә götürülmüş әmlakı әvәzsiz istifadәyә verә, İ. hüququnu girov qoya vә ondan әmanәt, yaxud pay qismindә istifadә edә bilәr; İ.-yә götürülmüş әmlakın mülkiyyәtçilik hüququ digәr şәxsә keçdikdә öz İ. hüququnu qoruyub saxlaya bilәr; İ.-yә götürdüyü әmlakda öz hesabına ona mülkiyyәtçilik hüququ verәn ayrılan yaxşılaşdırma işlәri hәyata keçirә bilәr. Öhdәliklәrini lazımi formada yerinә yetirmiş icarәdar yeni müddәtә İ. müqavilәsi bağlandıqda üstün hüquq qazanır.
Qanun tәrәfindәn qadağan edilmәdiyi halda, İ. müqavilәsinә icarәyә götürülmüş әmlakın alqı-satqısı haqqında şәrti daxil etmәk olar.










