İCMA (әr. الاجماع ) – şәriәtdә din alimlәrinin yekdil qәrarı; fiqhin Quran vә sünnәdәn sonra üçüncü mәnbәyi. İ.-nın 3 kateqoriyası fәrqlәndirilir: açıq müzakirә zamanı qәbul edilәn (qövli); müzakirә olunmayan vә oxşar qәrarlardan, elәcә dә oxşar hadisәlәr zamanı edilmiş hәrәkәtlәrdәn çıxarılan (әmәli); etirazsız qәbul olunan (sükuti). İslam әnәnәsindә İ.-nın meydana çıxması 7 әsrin 2-ci yarısında ilk alim-müctәhidlәrin – “Mәdinә fәqihlәr ailәsi”nin fәaliyyәti ilә әlaqәlәndirilir. Müctәhidlәrin İ.-sı ilә yanaşı, müxtәlif mәzhәblәrdә
sәhabәnin (zahiriyyәdә) vә imamların da (cәfәriyyәdә) İ.-sı var.










