Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İCMALAR PALATASI
    İCMALAR PALATASI (ing. House of Commons, rәsmi adı – B.Britaniya vә Şimali İrlandiya Birlәşmiş Krallığının parlamentdә toplaşmış mötәbәr icmaları) –monarx, Lordlar palatası vә İ.p.-ndan ibarәt hüquqi cәhәtdәn üçtәrәfli Britaniya parlamentinin bir hissәsi. Vestminster sistemli (parlament iclaslarının keçirildiyi sarayın adından) ikipalatalı parlamentdә aşağı palata sayılsa da, bu sistemdә hәlledici әhәmiyyәti mәhz o daşıyır. B.Britaniya parlamentinin modelini götürmüş Birlik ölkәlәri parlamentlәrindә dә İcmalar palatası aşağı palatadır.
         İ.p.-nın ilkin forması kralın yanında qısa müddәtә toplanan vә din xadimlәri, zadәganlar, qraflıqların nümayәndәlәrindәn (qraflıqların cәngavәrlәrindәn) ibarәt yığıncaq idi. Hazırda palata birmandatlı seçki dairәlәrindәn majoritar sistem üzrә seçilәn deputatlardan ibarәtdir. 10 seçicinin imzası toplandığı halda namizәd bir neçә dairәdәn namizәdliyini irәli sürә bilәr (hansı dairәni tәmsil etmәyi sonra qәrar vermәklә). Müasir dövrdә namizәdlәri, bir qayda olaraq, partiyalar irәli sürür. Vәtәndaşların 18 yaşdan seçmәk, 21 yaşdan seçilmәk hüququ var. Xarici vәtәndaşlar, bәzi vәzifәli şәxslәr, Lordlar palatasının üzvlәri, dövlәtmülki qulluqçuları vә hәrbi qulluqçular, Anqlikan kilsәsinin keşişlәri, dövlәtә xәyanәt dә mәhkum olunmuş şәxslәr, psixi xәstәlәr, müflis olanlar, seçkilәrdә qeyriqanuni üsullardan istifadә edәnlәr seçmәk vә seçilmәk hüququna malik deyillәr. İ.p. üzvlәrinin (lordlar deyil, mәhz onlar parlament üzvlәri adlandırılırlar, ing. MPs members of parliament) sayı vaxtaşırı keçirilәn (hәr 8–12 ildәn bir, bәzәn daha tez) әhalinin siyahıyaalınması vә parlament aktı ilә yeni seçki dairәlәrinin yaradılması ilә әlaqәdar dәyişilir. Parlament oturacaqlarında maksimum 400-ә yaxın üzv yer ala bilir. Yığıncaqların başlanması üçün kvorum 40 nәfәrdir, amma qanunların qәbul edilmәsi zamanı mütlәq çoxluq tәlәb olunur, ona görә partiyaların vәzifәli şәxslәri deputatların sәs vermәyә gәlmәsinә nәzarәt edirlәr. Deputatların sәlahiyyәt müddәti 5 il olsa da, palata öz-özünü buraxa, baş nazirin tәklifi ilә monarx tәrәfindәn buraxıla vә sәlahiyyәt müddәtini uzada bilәr. Deputatlar mәhdud immunitetә (yalnız sessiyalar zamanı, hәmçinin sessiyanın başlamasına 40 gün qalmış vә başa çatmasından 40 gün sonra) vә parlamentdә indemnitetә (nitq azadlığı vә s.) malikdirlәr. Parlamenti kral (kraliçә) açır vә bağlıayır. Palatanın iclaslarına seçilmiş spiker (sәdr) rәhbәrlik edir. O, bitәrәfliyi qorumaq mәqsәdilә partiyasını tәrk edir, müzakirәlәrdә iştirak etmir, sәs vermir (yalnız sәslәr bәrabәr olduqda sәs verir), iclası apararkәn müәyyәn azadlığa vә deputatlara münasibәtdә bәzi şәxsi intizam sәlahiyyәtlәrinә malikdir. Spiker palatanın monarx, Lordlar palatası vә hökumәtlә qarşılıqlı әlaqәsini tәmin edir. Palatanın klerki öz aparatı ilә spikerin rәhbәrliyi altında işlәyir. İ.p.-nın lideri vәzifәsi mövcuddur, işi parlamentdә hökumәti tәmsil etmәkdir. Onu baş nazirin tәqdimatı ilә monarx tәyin edir. Gündәliyi vә qanunvericilik tәdbirlәrinin proqramını lider müәyyәnlәşdirir. Adәtәn, İ.p.-nda ya mühfizәkarlar, ya da leyboristlәr çoxluqda olur. Palatada partiya fraksiyaları, hәmçinin ümumi, xüsusi vә birlәşmiş komitәlәr yaradılır, zәruri hallarda bütün palata üzrә komitә tәşkil edilir. Ümumi komitәlәr ümumi (hökumәtdәn daxil olan) vә xüsusi (palata üzvlәrindәn daxil olan) billәrin (qanun layihәlәrinin) ilkin müzakirәsini keçirir. Əksәr hallarda bu komitәlәr hәr bill üçün yaradılan vә iş başa çatdıqdan sonra buraxılan müvәqqәti komitәlәrdir (select committee). Xüsusi komitәlәr parlamentin yeni tәrkibi seçilәndәn sonra dövlәt idarәçiliyi sahәlәri üzrә yaradılır. Onların başlıca vәzifәsi nazirliklәrin vә nazirlәrin fәaliyyәtinә nәzarәt etmәkdir. Avropa İttifaqı işlәri üzrә, seçim üzrә, prosedur üzrә vә s. komitәlәrdә xüsusidir. Palata idarәetmәnin müxtәlif sahәlәri (sәhiyyә, administrasiyaya nәzarәt vә s.) üzrә öz komissarlarını (ombudsmanlarını) tәyin edir. Birlәşmiş komitәlәr İ.p.-nın vә Lordlar palatasının bәrabәr sayda üzvlәrindәn formalaşdırılır (insan hüquqları üzrә, delegiya qanunvericiliyi üzrә vә s.). Bәzәn palata özünü bütün palatanın komitәsi şәklindә tәşkil edәrәk, әn vacib, bir qayda olaraq, maliyyә mәsәlәlәrini nәzәrdәn keçirir vә bu zaman iclasa spiker deyil (hüquqi cәhәtdәn palatanın iclası olmadığına görә), onun müavini sәdrlik edir. Qanun layihәsi hәm İcmalar, hәm dә Lordlar palatasına tәqdim oluna bilәr, lakin praktikada İ.p.-na tәqdim olunur vә üç oxunuşda nәzәrdәn keçirilir. İclasların yayımlanması 1998 ildәn tәtbiq edilir. İ.p. seçkilәrdә qalib gәlmiş partiyanın liderlәrindәn ibarәt hökumәti formalaşdırır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 