Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İCÓ DİLLƏRİ 
    İCÓ DİLLƏRİ – Niger-Konqo dillәri tәrkibindә dil ailәsi. Nigeriyanın c.-unda, Atlantika sahili boyu, Niger çayı deltasında vә ondan q.-dә yayılmışdır. İ.d.-ndә danışanların sayı tәqr. 10 mln. nәfәrdir (2000).
    İ.d. defaka (ölmәkdә olan defaka dilindәn ibarәtdir) vә ico (bәzәn vahid dil kimi nәzәrdәn keçirilәn dialektlәr sinfi) qruplarına ayrılır. İco qrupunda iki yarımqrup var. Şәrq yarımqrupuna nkoroo, ibani-kalabarikirike, cәnub-şәrq (nembe dialektindәn ibarәtdir) dialektlәri, qәrb, yaxud mәrkәzi yarımqrupuna isә İ.d. arealının qәrb hissәsini tәşkil edәn vә danışanlarının sayına görә әn böyük (4 mln. nәfәr) olan izon dialektlәr sinfi (qbanran, ekpetiama, kolokuma dialektlәri) vә daxili dialektlәr sinfi (bisemi, akita, oruma dialektlәri) aiddir. İ.d. Qәrbi Afrika dil arealı üçün sәciyyәvi olan nisbәtәn zәngin vokalizmә malikdir. Konsonantizm nisbәtәn sadәdir. Yuxarı vә aşağı tonlar var. Leksemlәr bir neçә ton sinfinә bölünmüşdür. Bәzi dialektlәrdә musiqili vurğu sistemi inkişaf edir. Morfoloji quruluşu tәcridetmә elementlәri ilә birgә analitikdir. Sinif prefikslәri itirilmiş, ad siniflәri sistemi yox olmuşdur. Cins kateqoriyası sistemi inkişaf etmişdir (kişi, qadın vә cansız). “Samit+sait+samit+sait” şәklindә kök quruluşu saxlanılmışdır. Feilin qrammatik mәnaları post pozitiv elementlәr vasitәsilә ifadә oluna bilәr, iltisaqilәşmәyә zәif meyil var. Cümlәdә söz sırası “subyekt+obyekt+predikat”, ad qruplarında “asılı söz+әsas söz” şәklindәdir. C.H.Qrinberqin tәsnifatına әsasәn İ.d. kva dillәrinә daxil edilirdi, lakin P.Bennet (ABŞ) vә Y.Sterkin (Belçika) tәdqiqatlarından sonra onlar Niger-Konqo makroailәsi çәrçivәsindә ayrıca dil ailәsi kimi nәzәrdәn keçirilir. Rәsmi statusu yoxdur, lakin İ.d.-ndә nәşrlәr çıxır, radioverilişlәr aparılır. Ədәbi әnәnә iconun iki dialektindә (kolokuma vә kalabari) mövcuddur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 