İCRA SƏNƏDLƏRİ – mәhkәmә aktına, yaxud digәr sәlahiyyәtli orqanın aktına әsaslanan hәrәkәtlәri hәyata keçirmәk üçün mәcburi icraetmә orqanına yazılı göstәriş. “İcra haqqında” Azәrb. Resp.-nın qanununa (2001) әsasәn İ.s.-nә aşağıdakılar aiddir: ümumi yurisdiksiyalı mәhkәmәlәr tәrәfindәn verilәn qәrarlar; beynәlxalq arbitrajlar vә münsiflәr mәhkәmәlәrinin qәrarları; xarici dövlәtlәrin mәhkәmәlәrinin vә arbitrajlarının qәrarları әsasında verilәn icra vәrәqәlәri; mәhkәmә әmrlәri; alimentlәrin ödәnilmәsi barәdә notariat qaydasında tәsdiq edilmiş sazişlәr; notariusun icra qeydlәri; inzibati xәtalara dair işlәrә baxmaq sәlahiyyәti olan orqanların (vәzifәli şәxslәrin) qәrarları; qanunvericiliklә nәzәrdә tutulmuş hallarda digәr orqanların qәrarları.
İ.s. qanunla müәyyәnlәşdirilmiş ümumi tәlәblәrә cavab vermәlidir: onu verәn mәhkәmәnin (yaxud digәr orqanın) adını, icra sәnәdinin verilmәsinә әsas olan iş vә ya materiallar vә onların nömrәlәrini, icra edilmәli olan qәrarın qәbul edildiyi vaxtı, mәhkәmә vә ya digәr orqanın qәrarının nәticә hissәsini, tәlәbkar vә borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer vә tarix, onun iş yeri, tәlәbkar vә borclu hüquqi şәxsin adı, ünvanı, mәhkәmә (yaxud digәr orqanın) qәrarının qüvvәyә mindiyi vaxtı, icra sәnәdinin verildiyi vaxt vә onun icraya yönәldilmәsi müddәtini әks etdirmәlidir. Mәhkәmә qәrarına әsasәn verilmiş icra sәnәdi hakim tәrәfindәn imzalanır vә mәhkәmәnin möhürü ilә tәsdiqlәnir. Digәr İ.s. onları qәbul vә ya tәsdiq etmiş şәxslәr tәrәfindәn imzalanır vә möhürlә tәsdiqlәnir. Mәhkәmә әmrinin vә alimentlәrin ödәnilmәsinә dair notariat qaydasında tәsdiqlәnmiş sazişin mәzmunu bir qayda olaraq Mülki-prosessual vә Ailә mәcәllәlәri ilә, notariusun icra qeydlәrinin mәzmunu isә notariat haqqında qanunvericiliklә müәyyәn olunur.
İ.s. mәhkәmәlәrin qәrarları әsasında verilәn icra vәrәqәlәri vә mәhkәmә әmrlәri bir ay әrzindә; iddianın tәmin edilmәsi ilә bağlı tәdbirlәrin görülmәsi haqqında mәhkәmәlәrin qәrardadları әsasında verilәn icra vә rәqәlәri, şәxsin saxlanılması üçün vә saitlәrin, o cümlәdәn alimentlәrin alınması haqqında mәhkәmә qәrarları әsasında verilәn icra vәrәqәlәri, hәmçinin qısamüddәtli mühafizә orderi vә mәişәt zorakılığından zәrәr çәkmiş şәxsә uzunmüddәtli mühafizә orderinin verilmәsi haqqında mәhkәmә qәrarları әsasında verilәn icra vәrәqәlәri dәrhal; notariusun icra qeydlәri vә inzibati xәtalara dair işlәrә baxmaq sәlahiyyәti olan orqanların (vәzifәli şәxslәrin) qәrarları – on gün әrzindә; beynәlxalq arbitrajların vә münsiflәr mәhkәmәlәrinin qәrarları, xarici dövlәtlәrin mәhkәmәlәrinin vә arbitrajlarının qәrarları әsasında verilәn icra vәrәqәlәri üç il әrzindә icraya yönәlmәlidir.
Demәk olar bütün xarici ölkәlәrdә icra üzrә icraat İ.s.-nin icraya yönәldilmәsi ilә başladılır. Ayrı-ayrı ölkәlәrdә İ.s. müxtәlif adlara vә növlәrә malik olur. Mәs., B.Britaniyada Yüksәk mәhkәmәnin İ.s. ya әmr (order), ya da çağırış vәrәqәsi (writ), qraflıqların mәhkәmә İ.s. isә order (warrant) vә әmr (nadir hallarda) adlanır. ABŞ-da maddi zәrәrin ödәnmәsi ilә bağlı qәrarların icrası üçün icra vәrәqinin alınması tәlәb olunur. Fransada icra qüvvәsinә malik mәhkәmә qәrarları da daxil olmaqla İ.s.-nin 6 növü var vә mәhkәmә qәrarının mәcburi icra edilmәsi üçün icra formulu (formule executoire) ilә birlikdә qәrarın surәti zәruridir. Almaniyada mәcburi icraetmә üzәrindә icra yazısı olan mәhkәmә qәrarının surәti әsasında hәyata keçirilir.










