İCRA ÜZRƏ İCRAAT – vәtәndaşların hüquq vә qanuni maraqlarını qorumaq mәqsәdilә mәhkәmә aktlarının icra mәmurları tәrәfindәn hüquq normaları ilә tәnzimlәnәn mәcburi icraetmә qaydası; mülki prosesin mәhkәmә aktları ilә tәsdiq edilmiş hüquqları hәyata keçirәn son mәrhәlәsi. Mәhkәmә aktları qanuni qüvvәyә mindikdәn sonra (dәrhal icra edilmәli olan hallar istisna olmaqla) rayon (şәhәr) mәhkәmәlәri yanında icra mәmurları tәrәfindәn icra vәrәqәsi әsasında icra edilir.
Xarici ölkәlәrdә mәhkәmә aktlarının icrası qaydası vә tәşkili mәsәlәlәrinin tәnzimlәnmәsinә müxtәlif yanaşmalar var. Əksәr Avropa ölkәlәrindә mәcburi icraetmә orqanları mәhkәmә orqanlarının ixtiyarın da olub, ya Mülki-prosessual mәcәllә (Avstriya, Almaniya, Yunanıstan, İtaliya, Rumıniya vә s.), ya da xüsusi mәcәllәlәşdirilmiş qanun – İcraat mәcәllәsi (İsveç) vasitәsilә әtraflı vә detallı tәnzimlәnir. Bәzi ölkәlәrdә (Fransa, Belçika, Lüksemburq vә s.) icraçılar dövlәt qulluqçuları deyil, dövlәtdәn icraçılıq fәaliyyәtinә lisenziya almış vә müstәqil çalışan şәxslәrdir. ABŞ-da vahid icraat proseduru yoxdur, hәr ştat qanunvericilik aktları vә mülki mühakimә icraatı qaydaları ilә mәhkәmә qәrarları icrasının xüsusi qaydasını müәyyәnlәşdirir.
Azәrb. Resp.-nda İ.ü.i. qaydaları Mülkiprosessual mәcәllә, “İcra haqqında” (2001) vә “İcra mәmurları haqqında” (1999) Azәrb. Resp.-nın qanunları ilә tәnzimlәnir.










