İCRAEDİCİ HAKİMİYYƏT – hakimiyyәt bölgüsü olan ölkәlәrdә dövlәt hakimiyyәtinin qollarından biri (qanunverici vә mәhkәmә qolları ilә yanaşı); dövlәt işlәrinin idarә edilmәsi üzrә sәlahiyyәtlәrin (qanun әsasında tәnzimlәmә, xarici siyasәtdә tәmsilçilik, inzibati idarәçilik vә digәr sahәlәrә dair sәlahiyyәtlәr) mәcmusu, hәmçinin bu sәlahiyyәtlәri icra edәn dövlәt orqanları sistemi. Dövlәt işlәrini bilavasitә idarә etmәk vәzifәsi İ.h.-in üzәrinә qoyulmuşdur vә bunun üçün o, delegiya qanun vericiliyi (sәlahiyyәtverici qanunvericilik) dә daxil olmaqla, geniş sәrәncamverici funksiyalara malikdir. İ.h. qanunların icra edilmәsinә cavabdehdir (adı da buradandır). “İ. h.” termini ilk dәfә C.Lokk tәrәfindәn tәtbiq edilmişdir (“İdarәetmә haqqında iki traktat”, 1690). Müasir dövlәtlәrdә İ.h. formal olaraq hökumәtә mәxsusdur. Parlament idarәetmә formasına (parlament monarxiyası, parlament respublikası) malik ölkәlәrdә İ.h. konstitusiyaya әsasәn dövlәt başçısı (prezident, monarx) vә hökumәt, faktiki isә baş nazirin başçılığı ilә hökumәt tәrәfindәn hәyata keçirilir. Prezident respublikalarında İ.h. konstitusiyaya әsasәn prezidentә mәxsusdur; o, dövlәt vә hökumәt başçısı sayılır. Qarışıq tipli respublikalar da İ.h. iki mәrkәz – bir tәrәfdәn prezident vә onun administrasiyası, digәr tәrәfdәn baş nazir vә hökumәt arasında bölüşdürülür (İ.h.-in dualizmi).
Azәrb. Resp.-nda İ.h. Azәrb. Resp.-nın Prezidentinә mәnsubdur.










