İCTİMAİ QURULUŞ – konstitusiya hüququ nәzәriyyәsindә dövlәtin daxilindәki ictimai münasibәtlәr sistemi. Bu vә ya digәr variantda (İ.q.-un әsasları, İ.q.-un prinsiplәri, ictimai vә siyasi quruluş vә s.) bir çox dövlәtlәrin konstitusiyalarında işlәnilir. Terminin mәzmunu müxtәlif ölkәlәrdә eyni olmasa da, әn geniş mәnada İ.q. cәmiyyәtin iqtisadi, sosial vә siyasi sistemini, mәnәviruhani әsasını ehtiva edir. Azәrb. Resp.-nın Konstitusiyasında (1995) II fәsil “Dövlәtin әsasları” adlanır vә İ.q. mәzmunu daşıyır.










