Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İCTİMAİ NEMƏTLƏR
    İCTİMAİ NEMƏTLƏR, k o l l e k t i v n e m ә t l ә r – ictimai (kollektiv) tәlәbatları tәmin edәn әmtәә vә xidmәtlәr. İ.n. ictimai istehlak xarakteri daşıyır, istehlakçıların bu nemәtlәrdәn istifadәsini mәhdudlaşdırmaq qeyri-mümkündür. İ.n. bölünmәzdir, fәrdi istehlakçılara satılmır vә buna görә dә dövlәt qismindә çıxış edәn cәmiyyәt tәrәfindәn qeyri-bazar әsasında tәqdim olunur. Bununla yanaşı, İ.n. yaradıldığı andan, istehlakçının onların istehsalı üçün dövlәtә vergi (bu vergilәrin kәmiyyәtini) ödәyib-ödәmәdiyindәn asılı olmayaraq, hamı üçün әlçatandır. İ.n. tәbiәtinә görә bölünmәz vә hamıya mәsrәfsiz faydalı olduğundan, onların satışı istifadәçilәr arasında fәrq qoyulmadan hәr kәsә mәnfәәt gәtirir. Dövlәt әhalidәn vergi şәklindә pul vәsaitlәri yığmaqla insanları İ.n. vә xidmәtlәrlә tәmin edir. Küçә vә magistrallar, muzey vә kitabxanalar kimi İ.n. dövlәt tәrәfindәn maliyyәlәşdirilir.
    İ.n.-in istehlakı zamanı hәm bütün әhali, hәm dә ayrı-ayrı fәrdlәr, yaxud qruplar üçün yarana bilәcәk yan tәsirlәri nәzәrә almaq lazımdır. Mәs., tәhsil kimi ictimai nemәtin reallaşdırılması istehlakçıların peşәkar sәviyyәsini artırmaqla, iqtisadi yüksәlişi vә әhalinin gәlirlәrinin artması üçün şәraiti yaratmaqla yanaşı, hәmçinin ümumi mәdәniyyәt sәviyyәsini yüksәldir; xәrçәngin erkәn diaqnostikası yan tәsir kimi bütün әhalinin sağlamlığına vә ölüm hallarının azalmasına xidmәt edir.
    İ.n. k l u b n e m ә t l ә r i adlanan nemәtlәrdәn fәrqlәnir. “Klub nemәtlәri” dә, İ.n. kimi, onların kollektiv istehlakını nәzәrdә tutur, lakin belә nemәtlәrin istehlakı mümkün istifadәçilәrin sayı ilә (mәs.: avtobus vә ya teatrlarda oturacaq yerlәrinin sayı) mәhdudlaşır. İ.n. istehlakçıları arasında heç bir rәqabәtin, klub nemәtlәrinin istifadәçilәri arasında isә müәyyәn hәddә qәdәr (hәtta bu nemәtlәrdәn bazar iqtisadiyyatında nadir halda tәsadüf edilәn pulsuz istifadә şәraitindә) rәqabәtin olmaması nәzәrdә tutulur.
    Ö z ә l n e m ә t l ә r istisnalıq vә rәqabәtlilik xüsusiyyәtlәrinә malik istehsal vә istehlak tәyinatlı bölünәn iqtisadi nemәtlәrdir. Fәrdi ehtiyacları (mәs., ödәnişli tәhsil, dәbdәbә predmetlәri vә s.) tәmin edәn özәl nemәtlәr İ.n.-dәn fәrqli olaraq bәzi fәrdlәr vә sosial qruplar üçün әlçatan deyil. Bazar tәsәrrüfatı şәraitindә özәl nemәtlәr daha çox bazara әsaslanaraq әmtәә-pul dövriyyәsi prosesindә tәlәbatı tәmin edir. Özәl nemәtlәrin istehsalı, adәtәn, iqtisadiyyatın özәl sektoruna aiddir.
    20 әsrin 2-ci yarısından başlayaraq sosial tәlәbatların prioritet artımı ilә әlaqәdar yeni tendensiyalar yarandı. İnkişaf etmiş ölkәlәrdә iqtisadi siyasәtin trans formasiyası şәraitindә ictimai vә özәl nemәtlәr arasında aralıq mövqe tutan q a r ı ş ı q n e m ә t l ә r i n әhәmiyyәti artdı. Qarışıq nemәtlәrә tәhsil, sәhiyyә, elm vә mәdәniyyәtin nailiyyәtlәri, ETT-nin nәticәlәri kimi sosial әhәmiyyәtli xidmәtlәrin, hәmçinin tәbii inhisarların tәqdim etdiklәri şәbәkә istehsalı xidmәtlәrinin (nәql., tәbii qaz, elektrik enerjisi vә s.) reallaşmasına yardım edәn nemәtlәr daxildir. Burada istisnalıq vә rәqabәt prinsiplәrini tәtbiq etmәk mümkün olmadığından dövlәt bu nemәtlәrin müәyyәn hissәsinin istehsalını öz hesabına hәyata keçirir. Sistem sәmәrәli fәaliyyәt göstәrdikdә belә, bazar bu nemәtlәri lazımi hәcmdә istehsal edә bilmir. Onlar k v a z i i c t i m a i (kvazidövlәt) nemәtlәr adlanır.
    Sosial әhәmiyyәtli xidmәtlәrin göstәrilmәsi hәm bazar sisteminin, hәm dә getdikcә daha çox dövlәt hesabına hәyata keçirilir. Bu zaman dövlәt sosial funksiyaların әhatә dairәsini genişlәndirmәklә büdcә vәsaitlәrinin yenidәn bölüşdürülmәsi vasitәsilә mәdәniyyәtin inkişafı, sağlamlığın qorunması vә s. mәsәlәlәrin hәllini öz üzәrinә götürür.
    Beynәlxalq deklarasiyalarda vә bir çox dövlәtlәrin konstitusiyasında vәtәndaşların tәhsilә bәrabәr әlçatanlıq hüququ tәsbit edilmişdir. İnkişaf etmiş ölkәlәrdә qanunvericiliklә 9 illik icbari tәhsil müәyyәn olunmuşdur, ABŞ, Yaponiya vә Cәnubi Koreyada 12 illik tәhsil kütlәvilik qazanmışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 