Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İCTİMAİ RƏY 
    İCTİMAİ RƏY – cәmiyyәtdә, yaxud әhalinin ayrı-ayrı qruplarında cari sosial-siyasi hәyatın mühüm mәsәlәlәrinә, yaxud hadisәlәrinә dair sabit hәmrәyliyin ifadәsi. Sosial elmlәrdә İ.r. anlayışının birmәnalı izahı mövcud deyil, çünki hamının diqqәtini çәkәn fikirlәrin sәslәndirildiyi “açıq mәkan” konteksti müxtәlif dövlәt-siyasi quruluşlarına malik cәmiyyәtlәrdә әhәmiyyәtli dәrәcәdә dәyişir. İ.r.-in әsas sosial vәzifәlәri aşağıdakılardır: 1) nüfuzlu fikirlәrin irәli sürülmәsi vә dәstәklәnmәsi vasitәsilә sosial tamın inteqrasiyası, kütlәvi kommunikasiya tematikasının tәmin edilmәsi; 2) sosial nәzarәt; İ.r. statusu almış toplum tәsәvvürlәr mәcburedici gücә, yaxud normativ әhәmiyyәtә malikdir: “ümumi qәbul olunmuş” normadan kәnaraçıxma, yaxud ona etinasız yanaşma belә davrananlara qarşı müәyyәn qruplar vә ya institutlar tәrәfindәn hәm әxlaqi, hәm dә hüquqi sәciyyә daşıyan sanksiyaların tәtbiqinә sәbәb ola bilәr: “rәy liderlәri”nin nüfuzu onların hәmişә aktual, problemli vә müәyyәnlik tәlәb edәn hadisәlәrә sosiumun fundamental dәyәrlәri  nöqteyi-nәzәrindәn şәrh vermәlәri ilә şәrtlәnir; 3) zorla qәbul etdirilmiş vә ya tәşkil olunmuş dәyәrlәr konsensusundan çıxış etmәklә mövcud idarәetmә sisteminin legitimlәş dirilmәsi vә hakimiyyәtin kütlәvi dәstәklәnmәsinin tәmin olunması. Sosial institut kimi İ.r. sosial hәyatın modernlәşdirilmәsi gedişindә, әnәnәvi, silki vә iyerarxiyalı sosiumdan müasir kütlәvi cәmiyyәtә keçid zamanı nümayәndәli demokratiyanın, azad kütlәvi kommunikasiya vasitәlәrinin, açıq bazar iqtisadiyyatının vә cәmiyyәtin diqqәti uğrunda elitalar rәqabәtinin formalaşması ilә eyni vaxtda meydana gәlir.
    İ.r. anlayışının tәkamülü. İ.r. anlayışı 18 әsrdә Fransada, İngiltәrәdә vә onun Şimali Amerika müstәmlәkәlәrindә yaranmışdır. İlkin olaraq daha çox mәnfi mәna (“adi insan” rәyinin aristokrat, alim, maarifçi filosof vә b.-nın fikir vә rәylәrinә qarşı qoyulması) daşısa da, tezliklә İ.r. ideyası ayrıca götürülmüş insanın (tәbәәnin deyil, azad bürgerin, vәtәndaşın) hamı, yaxud çoxları üçün mühüm әhәmiyyәt kәsb edәn hadisәlәr haqqında şәxsi rәyini ifadә etmәk hüququnun әsaslandırılması vasitәsinә çevrildi. C.Lokk ilahi әmrlәr vә bәşәri әxlaq normaları ilә yanaşı, hüququn üçüncü mәnbәyi ola bilәcәk “rәy vә reputasiya qanunu” ideyasını irәli sürdü. 18 әsr Böyük Fransa inqilabı dövründә İ.r. anlayışı artıq liberal burjuaziya vә respublika tәrәfdarlarının emansipasiya proqramı ilә birbaşa bağlı olub, “ümumi iradә”, “xalqın sәsi”, “yeni dövrün ruhu” haqqında diskussiyalarda arqument qismindә istifadә edilirdi. 19 әsr siyasi fәlsәfәsindә savadlı zümrә hökmranlığının ideoloji maraqları ilә hakimiyyәtә qanunçuluq vә әdalәtlilik görüntüsü verәn әxlaqi gücün birlәşmәsi İ.r.-i mәrkәzi anlayışlardan birinә çevirirdi. Eyni zamanda İ.r.-in azad ifadәsi hakimiyyәtdәn sui-istifadәnin qarşısında duran әsas maneә olaraq nәzәrdәn keçirilir, onun hüquqi tәsbiti vә müdafiәsi isә mәhkәmә vә parlament tәrәfindәn hökumәt vә bürokratiya üzәrindә nәzarәt mәhdudluğunu aradan qaldıran zәruri konstitusiya elementi kimi başa düşülürdü.
    Lakin İ.r.-in ideoloji xarakterinin dәrki vә hakim dairәlәrin öz görüşlәrini “söz hökmranlığı” vasitәsilә zorәn qәbul etdirmәk tәcrübәsi İ.r.-in tәnqidinә hәsr olunmuş әdәbiyyatın yaranmasına rәvac verdi. Sosial cәhәtdәn zәif, yaxud asılı qrupların düşüncәlәri ilә manipulyasiya edilmәsi, savadlı tәbәqәlәrin, peşәkarların, ekspertlәrin rasional әsaslandırılmış görüşlәri ilә kütlәnin natamam biliklәri, mәlumatsızlığı vә tez-tez dәyişәn әhval-ruhiyyәsi arasındakı fәrqlәrin silinmәsi probleminin A. de Tokvil vә C.S.Mill tәrәfindәn başlanmış müzakirәsini F.Tönnis vә amerikalı publisist U.Lippman (1889–1974), sonralar isә P.Burdye vә onun tәrәfdarları davam etdirmişlәr.
    Bu diskussiyaların nәticәsi İ.r.-ә normativ yanaşma (İ.r. ictimai marağın, bütün әhalinin görüşlәrinin vә ehtiyaclarının ifadәsi kimi) ilә empirik elmlәrin (sosiologiya, sosial psixologiya, kommunikasiyalar nәzәriyyәsi) yanaşmasının bir-birindәn ayrılması oldu. “İctimailik” birinci yanaşmada açıq hәmrәylik, siyasi strukturlarla әlaqәyә istiqamәtlәnәn birgә fәaliyyәt sayılır, ikinci yanaşmada isә kütlәvi şüurun vәziyyәtlәri, yәni sorğu iştirakçılarının xarakteristikaları ilә eynilәşdirilir. Burada izah edici mәqam fәrdin ehtimal edilәn çoxluğun “rәy”inә tabeçiliyi faktı (alman sosioloqu E.Noell-Noymanın tәsvirini verdiyi “susqunluq spiralı”), yaxud fәrdin kollektiv fәaliyyәt vә qiymәtlәndirmә nümunәlәrinә istiqamәtlәnmәsidir. U.Lippmanın göstәrdiyi kimi, İ.r. yalnız gizli şәkildә dövri mәtbuat, tele-radio vasitәsilә yayılan kollektiv simvolları, illüziyaları, fobiyaları, miflәri ifadә edәn kütlәvi stereotiplәr, nitq qәliblәri vә formulları qismindә mәxrәcә gәlinә bilәr. İ.r. kütlәvi sorğular zamanı әldә edilmiş fәrdi rәylәr mәcmusundan, yәni statistik “çoxluğun” fikirlәrindәn ibarәt deyil. İ.r. haqqında empirik tәdqiqatların әsas problemlәri aşağıdakılardır: “ümumi fikri” kim ifadә edir, onun arxasında hansı sosial nüfuz durur, bu görüşlәr hansı institusional vә ritorik tәqdimat vasitәlәrinә malikdir, necә yayılır, görüşlәri ayarlayan mexanizm rolu kimә mәxsusdur?
    İ.r. sosial böhran, radikal dәyişikliklәr zamanı xüsusilә әhәmiyyәtlidir. Sosial strukturun sәrt transformasiyası dövrlәrindә İ.r. dәyişikliklәrin istiqamәtlәrini göstәrәn, yaxud әksinә, islahatların qarşısını alan mühafizәkar faktor ola bilәr. Mәhz belә hallarda  İ.r.-in siyasi vә elmi verifikasiya problemlәri üzә çıxır. Sabitlik dövrlәri hakimiyyәt dairәlәrinin İ.r.-i idarә etmәk sәylәri ilә sәciyyәlәnir, kütlәvi şüurun idarә olunması ilә әlaqәdar siyasi texnologi yalara tәlәbat yaranır. Totalitar rejimlәrdә ümumiyyәtlә İ.r. haqqında mәsәlә qalxmır, çünki hәm legitimlәşdirmә, hәm dә sosial nәzarәt sәrt mәcburetmә vasitәlәri ilә hәyata keçirilir.
    İ.r.-in tәdqiqinә dair ilk araşdırmalar 19 әsrin әvvәllәrinә (ABŞ) aid olsa da, onların effektivliyinin tanınması 1930-cu illәrin ortalarında C.Gellapın әvvәllәr reklam biznesindә vә istehlak bazarının öyrәnilmәsindә sınaqdan keçirilmiş milli sorğu texnologiyalarının prezident seçkilәrindә istifadәsindәn sonra baş verdi. ABŞ-da İ.r. tәdqiqatlarının çıxış nöqtәsi öz problemlәrini tez vә kollektiv şәkildә hәll edә bilmәyәn cәmiyyәtdә әhali passivliyinin kompensasiyasından ibarәt olmuşdur. İlk dövrlәr vaxtaşırı seçki referendumu kimi düşünülәn sorğuların hәqiqi referendumlar keçirilәrkәn meydana çıxan bir çox texniki çәtinliklәri (böyük maliyyә vә tәşkilati resurslar, prosedurun uzun sürmәsi) aradan qaldıracağı güman edilirdi. Belә sorğuların tәşәbbüskarları vә sifarişçilәri mәtbuat vә radioşirkәtlәr idi. Sosial mәqsәd vә rәylәrin öyrәnilmәsinin siyasәtçilәr vә bürokratlar üçün deyil, ilk növbәdә cәmiyyәt üçün gәrәkliliyinin dәrki tәdqiqatların dәstәklәnmәsi baxımından mühüm әhәmiyyәt kәsb edirdi.
    İ. Gellapın İ.r.-i yoxlama texnologiyasına gәtirdiyi yenilik yaşayış yeri üzrә respondentlәrdәn şәxsi müsahibәlәrin alınması (poçt vasitәsilә sorğular әvәzinә), mәlumatların davamlı toplanması, nәzarәti vә tәhlili sisteminin, sorğu nәticәlәrinin yayılmasının tәşkilindәn ibarәt idi. Əldә edilmiş mәlumatların dәyәri zaman keçdikcә daha da artır, çünki eyni metodika ilә keçirilmiş sorğular nәticәsindә toplanmış mәlumatlar rәylәrin dinamik yerlәşdirilmә sıralarını qurmağa vә bununla da kütlәvi әhval-ruhiyyәnin uzunmüddәtli trendini üzә çıxarmağa, bütövlükdә әhalinin, yaxud ayrı-ayrı sosial qrupların yaş dәyişikliklәrini tәsbit etmәyә imkan verir. Bu baza prinsiplәri bütün dünyada İ.r.-in öyrәnilmәsi üzrә mәrkәzlәrin işini müәyyәnlәşdirir. 2-ci dünya müharibәsinin başa çatmasından sonra ABŞ-da vә Avropada tәdqiqatların sürәtli institutlaşması prosesi başladı, sorğuların sifarişçilәri hәm dә dövlәt strukturları oldular. Gellap İn-tundan başqa ABŞ-da digәr mәrkәzlәr dә yaradıldı, AFR-dә nüfuzlu Demoskopiya in-tu, Fransada İctimai rәyi vә bazarı öyrәnmә in-tu, İtaliyada, Polşada vә digәr ölkәlәrdә sorğu xidmәtlәri meydana gәldi, İ.r.-in nәzәriyyә vә praktikasına hәsr olunan ixtisaslaşmış jurnallar nәşr olunmağa başlandı, İ.r. tәdqiqatçılarının milli vә beynәlxalq assosiasiyaları tәsis edildi.
    Müasir sorğuların mövzuları mütәmadi olaraq dәyişir, yalnız siyasi deyil, hәm dә әhalini, hökumәtlәri, yaxud siyasi partiyaları vә KİV-i maraqlandıran istәnilәn digәr mәsәlәlәri ehtiva edir. Bu gün İ.r.-in öyrәnilmәsi tәcrübәsi yalnız kütlәvi әhval-ruhiyyәnin tәsbit edilmәsini deyil, müxtәlif qruplar arasındakı düşüncә әlaqәlәrinin üzә çıxarılmasını, hәmçinin İ.r.-in kommunikativ xarakterinin – әldә edilәn mәlumatı şәrh edәrәk ötürәn KİV-in vә düşüncә liderlәrinin kollektiv tәsәvvürlәrә vә davranışlara tәsirlәrinin hesaba alınmasını nәzәrdә tutur.
    İnternetin meydana gәlmәsi İ.r.-in formalaşması mexanizmlәrini prinsipcә dәyişmәsәdә, kütlәvi kommunikasiyalar sahәsini әhәmiyyәtli dәrәcәdә genişlәndirdi, istifadәçilәr üçün yazılı vә audiovizual KİV saytları da daxil olmaqla, daha çox mәlumat mәnbәyini әlçatan etdi, hәmçinin mәlumat axını vә onların şәrhi ilә şәxslәrarası mübadilәni asanlaşdırdı. Bunun nәticәsi olaraq, bir tәrәfdәn informasiya proseslәrinin intensivliyi vә sürәti artdı, digәr tәrәfdәn şәbәkәnin yayıldığı әrazilәrdә informasiyanın mәzmunu üzәrindәki senzura vә nәzarәt zәiflәdi. İnternet qruplararası kommunikasiya sistemi kimi KİVin alternativi deyil, onun tamamlayıcısıdır. O, istәnilәn texniki vasitә kimi özündәn hansısa mәnalar vә nüfuz sahiblәri yaratmır, yalnız ictimai münasibәtlәrin artıq mövcud olan mәna әsaslarını üzә çıxarır. Ona görә qlobal şәbәkә kütlәvi kommunikasiyaların әsas strukturunu, onun nüfuzlu kommunikator (informasiya axınını seleksiya edәn vә qiymәtlәndirәn düşüncә lideri) vә resipiyentdәn ibarәt olan ikipillәli xarakterini qoruyub saxlayır, lakin çox sayda nüfuzlu rәylәrdәn vә onların yayılma kanallarından istifadә imkanlarını artıraraq, hakim qruplara mәxsus informasiya inhisarından asılılığı zәiflәdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 