İCTİMAİ TƏHLÜKƏLİLİK – cinayәtin mühüm әlamәtlәrindәn biri. İ.t. tam mәnada bütün cәmiyyәt üçün tәhlükә sayılır vә onun dәrәcәsi cinayәtin obyektindәn, motiv vә mәqsәdindәn, elәcә dә tәqsirin formasından asılıdır. İ.t.-in müәyyәnlәşdirilmәsindә cinayәtkarın şәxsiyyәtinin mühüm әhәmiyyәti vardır.
Azәrb. Resp.-nın Cinayәt Mәcәllәsinә (1999) görә, cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr cinayәtin hәm dә ictimai tәhlükәlilik dәrәcәsinә uyğun olmalıdır (maddә 8).










