Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İCTİMAİ ZƏRURİ ƏMƏK SƏRFİ 
    İCTİMAİ ZƏRURİ ƏMƏK SƏRFİ әmәk-dәyәr nәzәriyyәsi kateqoriyası; әmtәәlәrin ictimai dәyәrini müәyyәnlәşdirәn әmәk sәrfini ifadә edir. İ.z.ә.s. әmtәә istehsalçılarının rәqabәti şәraitindә әmtәә bazarının labüd şәrti kimi eyni әmtәәlәrә vahid qiymәtin formalaşmasının әsasında dayanır. Tәlәblә tәklifin bәrabәrliyi halında müxtәlif әmtәә istehsalçılarının orta әmәk sәrflәri İ.z.ә.s. rolunda çıxış edir. Tәlәb tәklifi üstәlәdikdә bazar qiymәti artır, bu isә onun mәnfi istehsal şәrtlәrinә yaxınlaşan әmәk sәrfiylә tәnzimlәndiyini göstәrir. Tәklifin tәlәbi üstәlәdiyi halda İ.z.ә.s., yәni bazar qiymәtinin tәnzimlәyicisi qismindә daha yaxşı istehsal şәrtlәrinә doğru irәlilәyәn әmәk sәrfi çıxış edir. Belәliklә, İ.z.ә.s. әmtәә istehsalçılarının fәrdi әmәyi ilә deyil, ictimai әmәyi ilә müәyyәn olunur. Dәyәr qanununun fәaliyyәt mexanizminin әn mühüm elementi olan tәlәblә tәklif arasındakı nisbәtin dәyişmәsi әmtәә istehsalçılarının mәhz hansı әmәk sәrflәrinin İ.z.ә.s. qismindә çıxış etdiyini göstәrir. Bu, İ.z.ә.s.-nin formalaşmasında yalnız әmtәә istehsalçılarının deyil, istehsal olunmuş әmtәәlәrә tәlәb irәli sürәn istehlakçıların da iştirakının göstәricisidir. Belәliklә bu prosesin  bir-biriylә üzvi şәkildә әlaqәli vә eyni zamanda nisbәtәn müstәqil iki tәrәfi yaranır. Prosesin birinci tәrәfi İ.z.ә.s.-ni formalaşdıran, istehsalçının әmәyinin bilavasitә iştirak etdiyi istehsal, ikincisi istehlakçıdır. Aydındır ki, bazarda alıcısı olmayan әmtәә özündә İ.z.ә.s.-ni әks etdirmir. Bu baxımdan İ.z.ә.s. zәrurәt yarandıqca alıcıların bir sıra mühüm tәlәbini nәzәrә almalıdır.
    İ.z.ә.s. probleminә ilk dәfә ingilis klassik mәktәbinin banisi U.Petti, әmtәә dәyәrinin mәnbәyini araşdırarkәn, hәmçinin özünün torpaq rentası nәzәriyyәsindә toxunmuşdur. Problemin hәllinin sonrakı inkişafı A.Smit, D.Rikardo, S. de Sismond, K.Marks vә b. iqtisadçıların әsәrlәrindә әksini tapmışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 