Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İCTİMAİ-XÜSUSİ İTTİHAM 
    İCTİMAİ-XÜSUSİ İTTİHAM – zәrәr çәkmiş şәxsin şikayәti üzrә başlanılan, lakin zәrәr çәkmiş şәxslә tәqsirlәndirilәn şәxsin barışmasına görә cinayәt işinә xitam verilmәyәn cinayәt tәqibi növü. Cinayәt işinin yalnız zәrәr çәkmiş şәxsin (yaxud onun nümayәndәsinin) şikayәti ilә başlanılması İ.-x.i. qaydasında cinayәt tәqibinin xüsusiyyәtidir. Yalnız bu zaman ibtidai tәhqiqatın nәticәlәrinә görә tәhqiqat orqanı, tәhqiqatçı vә müstәntiq cinayәt işinin başlanılması, yaxud cinayәt işinin başlanılmasından imtina haqqında müvafiq qәrar verir. İ.-x.i. cinayәt işinin zәrәr çәkmiş şәxsin iradәsi olmadan başlanılmaması hüququnu tәmin edir. İ.-x.i. cinayәt mühakimә icraatında dispozitivliyin tәzahürlәrindәn biridir: İ.-x.i. üzrә cinayәt işlәrindә qanunverici cinayәt işinin başlanılmasını zәrәr çәkmiş şәxsin iradәsindәn asılı vәziyyәtә qoymaqla ümumilik prinsipini mәhdudlaşdırmışdır. Döymә, yazışma sirrinin pozulması, müәlliflik vә әlaqәli hüquqlar, evin toxunulmazlığı vә s. üzrә cinayәt işlәri bu cür işlәrә aiddir. Əgәr zәrәr çәkmiş şәxs asılı, yaxud kömәksiz vәziyyәtdә olduğuna görә vә ya hәr hansı digәr sәbәbdәn öz hüquqlarını vә qanuni maraqlarını qoruya bilmirsә, işi istintaq orqanının rәhbәri, müstәntiq, hәmçinin prokurorun razılığı ilә tәhqiqatçı başlada bilәr. İ.-x.i. üzrә işlәr cinayәt mühakimә icraatının ümumi qaydalarına әsasәn tәhqiq olunur vә baxılır.
    Azәrb. Resp.-nın CPM-nә görә, İ.-x.i. qaydasında cinayәt tәqibi zәrәr çәkmiş şәxsin şikayәti olmadan prokuror tәrәfindәn yalnız aşağıdakı hallarda başlanıla bilәr: törәdilmiş cinayәt dövlәtin vә ya cәmiyyәtin mәnafeyinә toxunduqda; cinayәt hakimiyyәt nümayәndәsi vә ya dövlәt orqanlarının digәr vәzifәli şәxslәri tәrәfindәn, yaxud onlara qarşı törәdildikdә; cinayәt hamilә qadın, qoca vә kömәksiz vәziyyәtdә olan şәxs barәsindә törәdildikdә; cinayәt hәdә-qorxu, mәcburiyyәt tәsiri altında vә ya onu törәtmiş şәxsdәn asılı vәziyyәtdә olan digәr şәxs barәsindә törәdildikdә; cinayәt fәaliyyәt qabiliyyәti olmayan vә ya cinayәt mәsuliyyәtinә cәlb etmәyә imkan verәn yaş hәddinә çatmamış şәxs tәrәfindәn vә ya ona qarşı törәdildikdә (maddә 37).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 