İÇƏRİŞƏHƏR CÜMƏ MƏSCİDİ – Azәrb. memarlıq abidәsi. Qәdim atәşgah mәbәdinin yerindә tikilmişdir. Kitabәsindә hicri 709 ilin (1309) rәcәb ayında Əmir Şәrәfәddin Mahmudun әmri ilә binanın tәmir edildiyi göstәrilir. Mәscid 1899 ildә uçurulmuş vә yerindә Bakı milyonçusu xeyriyyәçi Hacı Şixәli Dadaşov tәrәfindәn yenisi inşa edilmişdir. Günbәzi dörd sütun üzәrindә dayanır. Orijinal formalı vә mürәkkәb planlı mәscidin fasad hissәsi özünәmәxsus konstruktiv hәlli ilә seçilir. Mәrkәzi sahә çadıraoxşar günbәzlә örtülmüş, fasad isә minalı yastı daşlarla üzlәnmişdir. Mәscidin yaxınlığında indiyәdәk saxlanılmış minarә ucalır. Minarәnin arxeoloji qazıntılar zamanı aşkar olunmuş bünövrә daşındakı kitabәdә Elxani Sultan Mәhәmmәd Olcaytunun yarlığının mәtni hәkk olunmuşdur. İbadәt zalının kaşılı günbәzinin konusvarı forması, tikilinin ümumi kompozisi yasına novatorluq elementi gәtirmәklә yanaşı memarlıq sәnәtinin inkişafını göstәrir.
1990-cı illәrdәn yenidәn fәaliyyәtә başlayan Cümә mәscidi 2008 ildә әsaslı tәmir vә bәrpa edilmişdir.










