İÇLİK MAŞINI – tökmә içliyi hazırlamaq üçün maşın. İ.m.-nın iş prosesi içlik qarışığının içlik qutularında bәrkidilmәsi vә qәliblәnmiş içliklәrin qutulardan çıxarılmasından ibarәtdir. Bәrkitmә prinsipinә görә presli, çırpan, qumatan, qumüfürәn vә s. İ.m.-ları var. Konstruksiyasına görә birinci üç növ maşın qәliblәmә maşınlarından çox az fәrqlәnir.

Qumüfürәn içlik maşınının sxemi: 1 – pnevmatik qurğu; 2 – masa; 3 – içlik qutusu; 4 – çәn; 5 – sıxılmış havanı verәn boru kәmәri; 6 – ucluq; 7 – qutunun divarında sıxılmış havanı çıxarmaq üçün deşiklәr.










