İÇMƏLİ Mürşidә (8.12.1930, İstanbul – 10.12.2014, Ankara) – türk rәssamı, qravüraçı. Qazi Tәhsil İn-tunu bitirmişdir (1953; indiki Qazi Un-ti). Madriddә litoqrafiya vә qravüra, Londonda illüstrasiya sahәsindә ixtisasını artırmışdır (1960–65). 1965 ildә Türkiyәyә dönmüş, Qazi Tәhsil İn-tunda müәllim (1965–86), Bilkәnd Un-tindә bölüm rәhbәri vә müәllim (1986–1995; 1986 ildәn prof.) kimi fәaliyyәt göstәrmişdir. “Ayrı dünyalar” (1972), “Üçlü qrup” (1976), “Yaşama tәrifi” (1976), “Bir dostun xatirәsindә üç qadın” (1980), “Tәpәdәkiqar tallar”, “Kompozisiya” (hәr ikisi 1984) vә s. әsәrlәrin müәllifidir. 30-dan çox fәrdi sәrgisi keçirilmişdir (ilk fәrdi sәrgisi 1976 ildә Ankarada olmuşdur). Balkan xalqları arasında sülh vә hәmrәylik sәrgisinin (1980, Rumıniya), Dövlәt rәsm vә heykәltәraşlıq sәrgisinin (1990; Ankara), YUNESKO-nun Türkiyә Milli Komitәsinin (1998) vә s. mükafatlara layiq görülmüşdür. İsgәndәriyyә, Berlin, Nürnberq, Leypsiq, Tokio vә s. şәhәrlәrdә keçirilәn 24-dәn çox beynәlxalq sәrginin iştirakçı olmuşdur.










